Az En Ru Tr

Beynəlxalq Əlaqələr Şöbəsi

Beynəlxalq Əlaqələr ŞöbəsiBeynəlxalq Əlaqələr ŞöbəsiBeynəlxalq Əlaqələr Şöbəsi


Odlar Yurdu Universiteti aşağıdakı statuslara malikdir:



Beynəlxalq Əlaqələr Şöbəsi - 1995-ci ildən özəl universitet olaraq fəaliyyətdədir.




Beynəlxalq Əlaqələr Şöbəsi - Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyadan keçmişdir.




Beynəlxalq Əlaqələr Şöbəsi - Türkiyə Cumhuriyyəti YÖK tərəfindən tanınmışdır.



Beynəlxalq Əlaqələr Şöbəsi - Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.




Beynəlxalq Əlaqələr Şöbəsi - Almaniyanın H+ akkreditasiyasına malikdir.




Beynəlxalq Əlaqələr Şöbəsi - FAİMER tərəfindən tanınmışdır.


Beynəlxalq Əlaqələr Şöbəsi - TEMPUS-un iştirakçısıdır.



Universitetin Beynəlxalq Əlaqələr Şöbəsi 1996-cı ildən fəaliyyət göstərir. Şöbə universitetin digər strukturları ilə birlikdə ali təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığın əsas inkişaf istiqamətlərini işləyib hazırlayır və onların bilavasitəhəyata keçirilməsinəbilavasitə rəhbərlik edir.

Şöbə xarici ölkələrin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, eləcə də müxtəlif beynəlxalq qurumlarla əlaqə yaradır. Şöbə xaricdəki təhsil müəssisələrində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsinə köməklik göstərir. Şöbə təhsil sahəsində mövcüd olan beynəlxalq təcrübəni öyrənir, ondan istifadə edilməsinə və onun inkişaf etdirilməsinə nəzarət edir. Bundan başqa, şöbə Azərbaycanda fəaliyyət göstərən səfirliklər və diplomatik nümayəndəliklərlə daim əlaqə saxlayır.

Ümumdünya təhsil sisteminə inteqrasiya olunmaq yolunu tutmuş Odlar Yurdu Universiteti, yarandığı gündən etibarən tədris prosesində ən müasir beynəlxalq texnologiyalardan istifadə etməyə çalışmışdır. Bu istiqamətdə universitet Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, İtaliya, İsveçrə, Türkiyə, Şimali Kipr və Rusiyanın aparıcı ali təhsil müəssisələri ilə bir sıra mühüm əməkdaşlıq müqaviləsi imzalamışdır. ABŞ, Avropa, Türkiyə və Gürcüstan universitetləri ilə birgə BBA və MBA proqramları (Biznesin idarəolunması üzrə bakalavr və magistr proqramları) həyata keçirilir. Almaniyanın Zigen Universiteti ilə birgə bir neçə ixtisas üzrə kadr hazırlığı aparılır. 2003-cü ilin sentyabrından Zigen Universitetinin hərtərəfli dəstəyi ilə Regional Alman Dili Mərkəzi fəaliyyətə başlamışdır. Xarici ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq universitetə öz tədris proqramlarının məzmun və keyfiyyətini önəmli dərəcədə yüksəltmək imkanı vermişdir.

Universitet öz fəaliyyətində xarici əməkdaşlığa böyük önəm verir. Tərəf müqabilləri ilə bağlanmış müqavilələrdə təhsildə mütərəqqi metodların öyrənilməsi və tətbiqi, birgə təhsil mərkəzlərinin yaradılması, beynəlxalq layihələrdə birgə iştirak, müəllim-tələbə mübadiləsi və s. öz əksini tapmışdır.



Beynəlxalq Əlaqələr ŞöbəsiBeynəlxalq Əlaqələr ŞöbəsiBeynəlxalq Əlaqələr Şöbəsi


TEMPUS proqramları
1. (I TEMPUS) 2009 – cu il, Avropa Komissiyasının IV layihəsi olan TEMPUS (Trans European Mobility Plan for University Studies). 2009-2011 – ci illərdə Avropa Komissiyasının Cənubi Qafqaz üçün nəzərdə tutduğu "NIROA -Network of International Relations Offices in Azerbaijan" NİROA-Azərbaycanda Beynəlxalq Əlaqələr Offisləri Şəbəkəsinin təşkili layihəsində iştirak etmişdir.
Layihədə Odlar Yurdu Universiteti ilə yanaşı bir neçə yerli universitetlər və Avropanın aşağıdakı 5 Universiteti iştirak edir:
İTALYA – Genoa University (Genuya Universiteti)
ALMANİYA - Siegen Universiteti (Zigen Universiteti)
FRANSA - Nice-Sophia Antipolis University(Nice Universiteti)
POLŞA - Bydgoszcz University Of Technology And Life Sciences(Bıdqoş Texnologiya və Həyat Elmləri Universiteti)
YUNANISTAN - National Technical University Of Athens (Afina Milli Texnologiya Universiteti)
Layihənin Avropadakı sahibi İtalyanın Genuya Universitetidir.

2. (II TEMPUS) Odlar Yurdu Universiteti 3 illik TEMPUS (2011-2014: 517340-TEMPUS-1-2011-1-IT-TEMPUS-SMGR DOCUMENTATION FOR QUALITY ASSURANCE OF STUDY PROGRAMS) - TƏDRİS PROQRAMLARININ KEYFİYYƏTİNİN TƏMİNATI SAHƏSİNDƏ SƏNƏDLƏRİN HAZIRLANMASI PROQRAMI-na qoşulmuşdur. Bu layihənin əsas məqsədi tərəfdaş ölkələrdə təhsil proqramlarının keyfiyyət təminatı üçün Avropa standartlarına və təlimatlarına uyğun gələn sənədləşmə sistemi yaratmaqdan ibarətdir.
Bu layihənin əsas məqsədi, tərəfdaş ölkələrdə, təhsil proqramlarının keyfiyyət təminatı üçün Avropa standartlarına və təlimatlarına uyğun gələn sənədləşmə sistemi yaratmaqdan ibarətdir. Layihənin ilk nəticəsi təhsil qroqramlarının keyfiyyətinin təminatı sahəsində məlumatların müəyyənləşdirilməsindən ibarət olacaq. Bu baxımdan təhsil proqramlarının keyfiyyət təminatı və ya “keyfiyyət tələbləri”, həmçinin onların Avropa Standartları və Təlimatlarına uyğunluğunu təmin etmək üçün milli standartlar müəyyən ediləcək. İnformasiya və məlumatların hər birinin keyfiyyətinin tələblə bağlı olması və idarə olunma prosesinin, təhsil proqramlarının keyfiyyət “ölçüsünün” zəruri olması müəyyən ediləcək və məlumatların toplanması və sənədləşməsi qaydası təyin olunacaqdır. Daha sonra proqram təminatının online idarə olunması üçün dizayn tətbiq ediləcəkdir. Prosedurların və proqram təminatının həyata keçirilməsi layihənin yekun nəticəsini təşkil edəcəkdir.
Layihənin məqsədi ilk növbədə, fəaliyyət və nəticələri barədə bütün Ali Təhsil Qurumunun məlumatlandırılması və cəlb edilməsindən ibarətdir və bunun nəticəsində iki əsas tədbir həyata keçiriləcək: 1) Layihənin fəaliyyəti və nəticələri haqqında materialların internet vasitəsilə yayılması; 2) layihə fəaliyyəti və nəticələri haqqında tədbirlərin təşkili.
Layihənin davamlılığını təmin etmək məqsədilə online sənədləşmə sisteminin qəbul edilməsi istinad sənədləşmə sistemi kimi səlahiyyətli milli orqanlar tərəfindən həyata keçiriləcək, daxili və xarici keyfiyyət, monitorinq və nəzarət layihənin keyfiyyətini təmin edəcəkdir.

LAYİHƏ KOORDİNATORU: Genuya Universiteti, İtaliya
LAYİHƏDƏ İŞTİRAK EDƏN UNİVERSİTETLƏR:

- İtalyan Universitetləri Rektorları Cəmiyyəti, İtaliya
- Alikante Universiteti, Ispaniya
- Bratislava Texniki Universiteti, Slovakiya
- Dyuisburq Universiteti - Essen, Almaniya
- Consorzio Inter-Universitario Calcolo Automatico Italiano N.O., İtaliya
- Odlar Yurdu Universiteti, Azərbaycan
- Baku Dövlət Universiteti, Azərbaycan
- Xəzər Universiteti, Azərbaycan
- Azərbaycan Tibb Universiteti, Azərbaycan
- Qafqaz Universiteti, Azərbaycan
- Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan
- Bişkek Maliyyə və İqtisad Akademiyası, Qırğızıstan
- Təhsil Şəbəkə Assosiasiyası, Qırğızıstan
- Qırğızıstan Təhsil və Elm Nazirliyi, Qırğızıstan
- Naryn Dövlət Universiteti, Qırğızıstan
- L. Gumilyov adına Milli Avrasiya Universiteti, Qazaxıstan
- Qazaxıstan Azad Təhsilin Keyfiyyətinə Nəzarət Agentliyi, Qazaxıstan
- Qazax Ablai Xan Universiteti, Qazaxıstan
- K.I. Satpayev adına Qazax Milli Texniki Universiteti, Qazaxıstan
- Qazaxıstan Təhsil və Elm Nazirliyi, Qazaxıstan
- Milli Təhsilin Keyfiyyətinə Nəzarət Mərkəzi, Qazaxıstan
- Tacikistan Təhsil Nazirliyi, Tacikistan
- Tacik Sahibkarlıq və Xidmət İnstitutu, Tacikistan
- Milli Tacik Universiteti, Tacikistan
- Tacik Texniki Universiteti, Tacikistan
- Qazax İnşaat və İnşaat Mühəndisliyi Akademiyası, Qazaxıstan
- J. Balasagyn adına Qırğız Milli Universiteti, Qırğızıstan

Xəbərlər Tədbirlər Elanlar