Az En Ru Tr

Amerkaşünaslıq Mərkəzi

Amerkaşünaslıq Mərkəzi

“Xarici dillər və Tərcümə” kafedrası, Beynəlxalq Əlaqələr Şöbəsinin təşəbbüsü və Amerika səfirliyinin dəstəyi ilə Odlar Yurdu Universitetində 2010-cu il, oktyabr ayının əvvəllərindən etibarən qısa müddət ərzində Amerikaşünaslıq Mərkəzi (American Studies Center), habelə, Amerika Birləşmiş Ştatlarının kitab və jurnallarının təbliği üçün universitet kitabxanasında mərkəzin xüsusi guşəsi (American Center`s Corner) yaradılmışdır.
Mərkəzin məqsədi Azərbaycan ictimaiyyətini Amerika, onun tarixi, mədəniyyəti, xarici və daxili siyasəti haqqında maarifləndirmək və Azərbaycanla ABŞ arasında qarşılıqlı anlaşmanın gücləndirilməsidir.
Mərkəzin nəzdində tələbələrin ingilis dili bacarığının artırılması üçün danışıq klubu (Conversation Club) fəaliyyət göstərir, tələbələrlə mütəmadi olaraq (adətən Cümə axşamları) forum-görüşlər keçirilir, bu da onlara mərkəzin bir sıra tədbirlərində daha fəal iştirak etmək imkanı yaradır. Tələbələrimiz hər həftə (Cümə günləri) ABŞ səfirliyinin dəstəyi ilə Xarici Dillər Universitetində yerləşən Amerika Mərkəzinin (American Center) həftəlik iclaslarında iştirak edirlər, treninqlərdə aparıcı universitetlərin bacarıqlı, seçilən tələbələri arasında Odlar Yurdu Universitetin tələbələri daha fəal və daha aktivdirlər.

Bakıdakı ABŞ səfirliyi mərkəzə qiymətli kitab və jurnallar təqdim etmişdir. Bu kitab və jurnallar həm mərkəzdə, həm də universitet kitabxanasında mövcuddur.

Beynəlxalq Əlaqələr Şöbəsi Tempus proqramı çərçivəsində Polşanın “Bıdqoş Texnologiya və Həyat Elmləri” universiteti ilə birlikdə tələbələr üçün Akademik Biznes Inkubator (Business Incubator) yaratmağı düşünür. Bunun nəticəsində OYU-nun tələbələri bir çox xarici ölkələrdə təcrübə keçərək həmin təcrübəni universitetdə tətbiq etmək imkanına malik olacaqlar.

Xəbərlər Tədbirlər Elanlar