Az En Ru Tr

Əməkdaş universitetlər

Əməkdaş universitetlərƏməkdaş universitetlərƏməkdaş universitetlər


ABŞ-ın Corciya Universitetinin Biznes Kolleci ilə OYU arasında elm və təhsil mübadiləsi sahəsində müqavilə yenilənmişdir. İnkişaf etdirilmiş əməkdaşlığın yüksək səviyyəli nəticəsi olaraq ABŞ-ın Corciya Universiteti ilə OYU arasında MBA proqramı üzrə kadr hazırlığı aparılması haqqında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Odlar Yurdu Universiteti ilə Almaniyanın Zigen Universiteti arasında elmi araşdırmalar üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Odlar Yurdu Universiteti Almaniyanın Zigen Universiteti ilə Ən Yeni Texnologiyalar üzrə Bakalavr pilləsində kadr hazırlığının aparılması üçün müqavilə imzalanmışdır.
Türkiyənin Ege Universiteti ilə Odlar Yurdu Universiteti arasında elm və təhsil sahəsində kadr hazırlığının aparılması üçün qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.
2003-cü il – Odlar Yurdu Universiteti ilә Zigen Universiteti arasında qarşılıqlı әmәkdaşlıq çәrçivәsindә Alman dili üzrə DSH sertifikatına hazırlıq kurslarının təşkili barədə müqavilə imzalanmışdır. 9 aylıq intensiv alman dili kurslarını uğurla bitirən tələbələrə DSH Dil Sertifikatı verilir. DSH Dil Sertifikatı ilə tələbələr gələcək təhsillərini almandilli universitetlərdə davam etdirmək imkanına malikdirlər.
14.02.2003 - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-03-662/17 saylı razılığı ilə Universitetə ABŞ-ın Corciya Universiteti ilə "Biznesin idarə olunması üzrə magistr proqramı” (MBA) istiqamətində birgə kadr hazırlığı üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
2007-ci il
- Yakın Doğu Universiteti ilə (Şimali Kipr Türk Respublikası) elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin məqsədi universitetlərarası əlaqələrin əsasını qoymaqdan ibarətdir.
27.08.2010 tarixində Yakın Doğu Univeristeti ilə (Şimali Kipr Türk Respublikası) elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır. Müqavilənin əsas mahiyyəti hər iki universitetdə elm və təhsil sahəsində kadr hazırlığının aparılmasından ibarətdir. Hal-hazırda bu müqavilə qüvvədədir və onun müddəalarının həyata keçirilməsi imkanları araşdırılır.
2007-ci il - Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Əməkdaşlıq şöbəsinin nəzarəti altında Odlar Yurdu Universiteti ilə Fransanın Jorj Sand adına Mədəniyyət Mərkəzi arasında Fransız dili üzrə TCF sertifikatı və DELF/DALF diplomuna hazırlıq kurslarının təşkili barədə müqavilə imzalanmışdır.
20.11.2007 - Qafqaz Beynəlxalq Universiteti (Gürcüstan Respublikası, Tiflis şəhəri) ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilənin predmeti təhsil və elmi-praktiki fəaliyyətin bütün sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasından ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
02.05.2007 - Odlar Yurdu Universiteti ilə İran İslam Respublikasındakı "Azerkadeh” Mədəniyyət-Təhsil İnstitutu arasında OYU-nun müvafiq olaraq ABŞ-ın Corciya Universiteti və Almaniyanın Zigen Universitetinin dəstəyi ilə fəaliyyət göstərən BBA, MBA və digər magistr proqramlarının İran İslam Respublikasında bölmələrinin yaradılması barədə müqavilə imzalanmışdır.(Hal-hazırda bu müqavilə qüvvədədir)
01.04.2008
- Şimali Kiprdəki Girnə Amerikan Universiteti ilə elm və təhsil sahəsində əməkdaşlıq, tələbə-müəllim mübadiləsi üzrə müqavilə imzalanmışdır. Müqavilənin predmeti universitetlərarası inteqrasiyanı təmin etmək, tələbələrə yüksək keyfiyyətli təhsil vermək, yeni Kipr təhsil sisteminin müsbət cəhətlərini Odlar Yurdu Universitetində tətbiq etmək, tələbə-müəllim mübadiləsi, elmi araşdırmalar və təhsillə bağlı digər əməkdaşlıqların qurulmasından ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
25.05.2010 - Riqa Beynəlxalq İqtisadiyyat və Biznesin İdarə Olunması Universiteti ilə Odlar Yurdu Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq, tələbə-müəllim mübadiləsinin inkişaf etdirilməsi üzrə müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)
26.06.2010 – İtaliyanın Genuya Universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti hər iki universitet arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi, təhsil sahəsində əməkdaşlıq və mübadilədən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
08.07.2010 – Almaniyanın Frayburq Universiteti (Frayburq Universitet Klinikasının "Beynəlxalq Tibb Xidmətləri Mərkəzi”) ilə Tibb sahəsi üzrə elm və təhsil sahəsində əməkdaşlıq, tələbə-müəllim mübadiləsinin inkişaf etdirilməsi üzrə müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)
23.09.2010 – Odlar Yurdu Universiteti ilə Süleyman Dəmirəl Universiteti birgə əməkdaşlıq çərçivəsində kadr hazırlığının aparılması üçün Heydər Əliyev adına Tibb Fakültəsinin yaradılması sahəsində ikitərəfli müqavilə imzalanmışdır.
25.09.2010 - Türkiyənin İsparta şəhərindəki Süleyman Dəmirəl Universiteti ilə "Elm və təhsil sahəsində mübadilə” mövzusunda müqavilə imzalanmışdır. Bu beynəlxalq müqavilə SDU ilə OYU arasında elmi mübadilədən qarşılıqlı şəkildə yararlanaraq və hər iki universitet arasında elmi, təhsil və mədəni əməkdaşlığın genişləndirilməsi məqsədilə bağlanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)
27.10.2010 – Təhsil Nazirliyi Odlar Yurdu Universitetinə lisenziya vermişdir.
11.11.2010 - Fransanın Nice-Sophia Antipolis Universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti hər iki universitet arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin inkişaf etdirilməsi üzrə əməkdaşlıq və mübadilədən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
24.11.2010 - Bıdqoş Texnologiya və Həyat Elmləri Universiteti ilə universitetlərarası elmi araşdırma, kadr hazırlığı, ixtisasartırma, tələbə və müəllim mübadiləsi, beynəlxalq səviyyəli müxtəlif layihələrin həyata keçirilməsi sahələrində müzakirələr aparılmış və müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)
12.07.2011 - Odlar Yurdu Universiteti vә Britaniyanın Azәrbaycandakı Konsulluğu arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun mәqsәdi British Council-in "English Global Products" vә "Ali Tәhsilin Beynәlmilәllәşdirilmәsi" layihәlәri sahәsindә fәaliyyәtlәrin koordinasiyası vә davamlı әmәkdaşlıq üçün çәrçivә müәyyәn etmәkdәn ibarәtdir.
22.09.2011
- Türkiyənin İsparta şəhərindəki Süleyman Dəmirəl Universiteti ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı anlaşma və əməkdaşlıq müqaviləsi imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)

21.10.2011 – Odlar Yurdu Universiteti Türkiyәnin Yüksek Öğretim Kurulu(YÖK) tәrәfindәn tanınmışdır.
26.10.2011 - Odlar Yurdu Universiteti vә Azәrbaycan Bank Tәdris Mәrkәzi arasında strateji tәrәfdaşlığa dair әmәkdaşlıq sazişi imzalanmışdır.
05.03.2012 – Odlar Yurdu Universiteti vә Xәzәr vә Azәrbaycan Dövlәt Aqrar Universitetinin Alyans Müqavilәsi imzalandı. Bu alyans ölkә bölgәlәrindә ali tәhsil almaq imkanlarının genişlәndirilmәsi, tәhsil xidmәtlәrinin keyfiyyәtinin vә çeşidlәrinin artırılması, hәmçinin daha yüksәk rәqabәt qabiliyyәtinә nail olması üçün qurulmuşdur.
09.03.2012 - Süleyman Demirel Universiteti elm və təhsil əməkdaşlığının konkretləşməsi, əməkdaşlığın genişləndirilməsi, distant təhsil, qısa və uzun müddətli tələbələrin və müəllimlərin mübadiləsi, "Ömür Boyu Təhsil” proqramlarının həyata keçirilməsi və təhsili başa vurduqdan sonra hazır mütəxəssis kimi fəaliyyət göstərmələri üçün Süleyman Demirel Universitetinin professor, müəllim heyətinin köməkliyi ilə praktiki vərdişlərin tələbələrə öyrədilməsi istiqamətində Süleyman Demirel Universiteti və Odlar Yurdu Universitetinin birgə sertifikatlarının verilməsi istiqamətində müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)
02.04.2012 – Hacettepe Universiteti (Türkiyə) ilə anlaşma protoloku imzalanmışdır. Protokolun mahiyyəti tədris proqramlarının mübadiləsi, müəllimlərin mübadiləsi, tələbələrin mübadiləsi, birgə tədris fəaliyyətləri, biznes inkubator və texnopark layihələri üzərində birgə işin həyata keçirilməsindən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
03.10.2012 – Odlar Yurdu Universiteti və Misir Ərəb Respublikası arasında Aleksandriya kitabxanası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

05.10.2012 - Ağrı Çeçen universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
26.04.2013 – Odlar Yurdu Universiteti ilə David Game College (London, Böyük Britaniya) arasında əməkdaşlıq haqqında niyyət məktubu imzalanmışdır.

Xəbərlər Tədbirlər Elanlar