Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Elmi və Pedaqoji Xəbərlər Jurnalı » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Elmi və Pedaqoji Xəbərlər Jurnalı

Odlar Yurdu Universitetinin təsis etdiyi və Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin 27 noyabr 1998-ci il tarixli AB seriyalı 022011 saylı lisenziyası əsasında nəşr olunan "Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri" jurnalının geridə qalan illər ərzində artıq 30 nömrəsi çapdan çıxmışdır. 2002-ci ildən Ümumrusiya Elmi və Texniki İnformasiya İnstitutunda (ВИНИТИ) şərh olunan (№10211-5335/54-34) və 2003-cü ildə ISSN nömrəsi almış bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən riyaziyyat, mexanika, iqtisadiyyat, hüquq, tarix, siyasi, pedaqogika və filologiya elmləri sahəsində tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilmişdir.
Jurnal tam özünü-maliyyələşdirmə prinsipi əsasında nəşr olunur.

MƏQALƏLƏRİN TƏQDİMAT QAYDALARI
Elmlər doktorları və professorlar istisna olmaqla, hər məqalə üçün müvafiq elm sahəsi üzrə elmlər doktorunun rəyi və məqaləni çapa tövsiyə etmiş qurumun (tarix və protokol nömrəsi göstərilməklə) müvafiq iclasından çıxarış təqdim edilməlidir.
Jurnala təqdim olunan məqalənin strukturu ümumdünya miqyasında elmi məqalələrə şamil edilən aşağıdakı tələblərə cavab verməlidir. Məqalədə toxunulan problem ümumi şəkildə müəyyənləşdirilməli, onun mühüm elmi və praktiki məsələlərlə olan əlaqəsi göstərilməli, müəllifin bu problem üzrə istinad etdiyi ən son işlərin təhlili verilməli, məqalənin həsr olunduğu problemin həll olunmamış hissələri, habelə alınan nəticələr və onların perspektivləri göstərilməlidir.
Mövzusunun səthi və tezissayağı olduğu, elmi baxımdan kifayət qədər əsaslandırılmadığı məqalələr qəbul edilmir.
Məqalənin başlığı qısa olmalı, məzmunu əks etdirməli və 100 işarədən artıq olmamalıdır. UOT indeksi göstərilməlidir. Məqaləyə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) açar sözlər əlavə olunmalıdır. Azərbaycan dilində təqdim olunan məqalənin sonunda ingilis və rus dillərində, ingilis dilində təqdim olunan məqalənin sonunda Azərbaycan və rus dillərində, rus dilində təqdim olunan məqalənin sonunda Azərbaycan və ingilis dillərində eyni məzmunlu xülasələr verilməlidir.
Məqalə jurnalın redaksiyasına bir nüsxədə printerdən çıxarılmış şəkildə (A4 formatda) və elektron variantla (diskdə) təqdim olunmalı, nüsxə müəllif tərəfindən imzalanmalıdır.
Məqalənun mətni Microsoft Word proqramında Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 12, sətirlərarası interval 1 olmalıdır. Sol və sağ tərəfdən məsafə 2,8 sm, yuxarı və aşağıdan isə 3 sm olmalıdır. Birinci sətirdəki boşluq 1,25 sm, düstur, rəsm və cədvəllərdə interval məsafələri (yuxarı və aşağıdan) 6 punkt olmalıdır. Şəkillər (rəsmlər) 11 ölçülü rəsmaltı yazılarla müşayiət olunmalı və mətnə skan edilmiş şəkildə (yəni skannerdən keçirilmiş şəkildə) daxil edilməlidir. Cədvəllərdə şriftin ölçüsü 11 olmalıdır. Düsturlar Word Equation redaktorunda yığılmalıdır.
Təqdim olunun məqalə 5-15 səhifə həcmində olmalıdır (buraxılmış yerlər olmadan 9000-27000 işarə). Mətnin qrammatik cəhətdən düzgünlüyü müəllif tərəfindən yoxlanılmalıdır.
Qoşma səhifədə müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, iş yerinin ünvanı, müəllifin e-mail ünvanı və əlaqə telefonları göstərilməli, habelə əlyazmanın əvvəllər heç bir elmi nəşrdə dərc olunmadığı qeyd olunmalıdır.

Xəbərlər Tədbirlər Elanlar