Az En Ru Tr

"Tibb və biologiya" fakültəsi

"Tibb və biologiya" fakültəsi

     Dekan: dos., Mayıl ORUCOV

      “Tibb və biologiya” fakültəsində “Müalicə işi”, “Stomatologiya”, “Pediatriya”, “Tibbi biologiya”, “Əczaçılıq”, “Aqranomluq”, “Biologiya müəllimliyi” ixtisasları üzrə kadr hazırlığı aparılır.
     Fakültənin nəzdində fəaliyyət göstərən kafedralar:
1.Somatik xəstəliklər kafedrası
2.Cərrahi xəstəliklər kafedrası
3.Bioloji və ekoloji elmlər kafedrası
4.Profilaktik tibb elmləri kafedrası
5.Fiziki-kimyəvi təbabət və reablitasiya kafedrası
6.Stomatologiya kafedrası

Fakültənin nəzdində Elmi Şura, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı Z.Əliyeva adına Tibb muzeyi eyni zamanda lazımi əyani vasitələrlə, tibbi ləvazimatlarla ilə təhciz edilmiş kabinet və laboratoriyalar fəaliyyət göstərir. 1.Normal fiziologiya 2.Fiziologiya 3.Kimya 4.Tibbi-biologiya 5.Gistologiya “Tibb və biologiya” fakültəsinin spesifik xüsusiyyətlərini nəzərə alaraq kliniki fənlərin tədrisinin səmərəliləşdirilməsi məqsədilə universitetlə Səhiyyə Nazirliyi arasında əldə edilmiş rəsmi razılaşmaya əsasən kliniki fənlərin Bakı şəhərində yerləşən 30-dan artıq aparıcı dövlət tibb müəssələrində tədrisinə nail olunmuşdur. Fakültədə təlim-tərbiyə və tədris prosesinin müvəffəqiyyətlə təşkilində və yerinə yetrilməsində peşəkar professor – müəllim heyəti çalışır. Onlar arasında elmlər doktoru, professor, fəlsəfə doktoru, dosent və yüksəkixtisaslı müəllimlər və asisentlər fəaliyyət göstərir. Fakültədə mütəmadi olaraq Tələbə Elmi Cəmiyyəti görkəmli oftalmoloq, Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olma günü münasibəti ilə elmi konfrans keçirir. Z.Əliyeva adına tibb muzeyində müxtəlif tibbə dair eksponatlar təqdim edilib. Anatomiya fənni tələbələrə əyani vasitələrlə keçirilir.
Əlaqə: Tel: (+994 12): 465 68 89, Daxili (25)

Xəbərlər Tədbirlər Elanlar