Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Kompüter laboratoriyası » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Kompüter laboratoriyası

Kompüter laboratoriyası
Müasir informasiya texnologiyaları, telekommunikasiya vasitələrinin inkişafı və İnternetin yaranması bütün dünya ölkələrində olduğu kimi Azərbaycan Respublikasının təhsil sistemində də yeni səhifələr açmışdır. Odlar Yurdu Universitetində yeni informasiya texnologiyalarının tədris prosesinə tətbiqi qısa müddət ərzində sürətlə inkişaf etmiş və bu proses kitabxana, mühasibatlıq və idarəetmə işlərində də geniş yer tapmışdır. Odlar Yurdu Universitetində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və onların tədris prosesində tətbiqinə önəmli yer verilir.
Fakültə nəzdində 2 laboratoriya fəaliyyət göstərir.
I tədris laboratoriyası 28 kompüter ilə təchiz edilmiş və bu kompüterlərin hamısı universitet lokal şəbəkəsinə qoşulmuşdur və bunun nəticəsində mürəkkəb strukturlu kliyent-server texnologiyalarının və İnternetin tədris prosesinin bütün sahələrinə tətbiqi üçün geniş imkanlar yaradılmışdır. Burada texniki ixtisalar üçün xüsusi proqram təminatları yazılmış və tələbələr xüsusi tətbiqi proqramlarla işləməklə öz ixtisaslarını dərindən öyrənmək imkanı qazanırlar.
II labarotoriya isə "Kompüter mühəndisliyi” ixtisasasına uyğun olaraq xüsusi avadanlıqlarla edilmiş və burada kompüterlər bütün detalları ilə birlikdə sökülüb-yığılması praktik tədris aparılır.
Bu laboratoriyanın pedaqoji imkanları barədə Universitetin əməkdaşları tərəfindən bir neçə elmi məqalə çapa hazırlanmışdır.
Bu labarotoriyalarda tələbələr tədrisdən əlavə müstəqil olaraq yeni proqram təminatlarını yüksək səviyyədə mənimsəməklə əlavə bilik qazanırlar. Bu günə kimi 120 nəfər tələbə müvəffəqiyyətlə imtahan verərək müvafiq sertifkat qazanmışdır. Tələbələrin hər birinin iş yeri avtonom işıq sistemi ilə təchiz olunmuş, onlar üçün xüsusi şəffaf keys və daxili qurğuların elementləri təqdim olunmuşdur.
İmtahan biletlərinin elektron formasının yaradılması mərkəzi – 5 ədəd kompüterlə təchiz olunmuş və universitet üzrə bütün imtahanların sualları bu mərkəzdə yığılır və kompüter mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış xüsusi proqram əsasında bu suallar qarışdırılır və bilet formasına salınır. Bu isə imtahanların tam obyektiv keçirilməsi üçün maksimum şərait yaradır.
Qrant proqramına uyğun olaraq Fakültədə Soros fondunun köməyi ilə informasiya texnologiyaları üzrə bir illik kurslar təşkil olunmuş və tələbələr burada xüsusi proqramlar öyrənməklə sertifikatlar alırlar.
Fakültə nəzdində olan ixtisas kafedrasında aşağıdakı istiqamətlər üzrə tədqiqat işləri aparılır:
1. Tədris işində idaretmənin avtomatlaşdırılması
2. Universitet verilənlər bazasının yaradılması
3. İnternet texnologiyaları
4. Sistem proqramlaşdırma
Tələbələr kompüter zallarında müxtəlif ixtisaslar üzrə öyrədici proqramlardan da geniş istifadə edirlər.
Tərcümə ixtisasının tələbələri müxtəlif öyrədici proqramların köməyi ilə xarici dillərin intensiv öyrənilməsində kompüterlərin köməyindən geniş istifadə edirlər. Geniş yayılmış PROMT və digər tərcümə proqramlarından istifadə etməklə tələbələr tərcümə işlərini müxtəlif dillərdə yerinə yetirirlər.
İqtisadçılar bütün dünya ölkələrinin iqtisadiyyatı barədə və onların statistik analizini aparmaq üçün 24 saat ərzində internetdə axtarış işləri aparırlar.

Xəbərlər Tədbirlər Elanlar