Az En Ru Tr

"Xarici dillər və tərcümə" kafedrası

"Xarici dillər və tərcümə" kafedrası

      Müdir: Baş müəllim Nərminə VƏLİYEVA

      Dərslər proyektor olan otaqlarda tədris olunur. Tələbələrə mühazirələr daha çox slayd şəklində təqdim edilir. İngilis dilində dinləmə üçün xüsusi otaqlar var ki, həmin otaqlarda xüsusi cihazların köməyi ilə səslər aydın eşidilir və tələbələr eşitdikləri danışığı qeyd edə bilirlər. Bu qeydlər vasitəsilə məğzi anlaya yaxud tərcümə edə bilirlər. İnternet vasitəsilə bəzi xarici müəllimlərin mühazirələri dərs zamanı dinlənilib, izah olunur. Keçirilən beynəlxalq konfranslara tərcüməçi tələbələr hazırlanır. Tələbələrlə elmi seminarlar keçirilir, müntəzəm olaraq viktorinalar təşkil olunur.
      Mühazirələrin və sillabusların elektron variantı kafedrada yaxud kitabxanada saxlanılır və tələbəyə təqdim olunur. Müəllimlər tərəfindən hazırlanmış metodik vəsaitlərin də elektron variantı tələbələrə lazım gəldikdə təqdim olunur
      Xarici dillər və tərcümə“ kafedrasında iki ixtisas üzrə fənlər tədris olunur: Xarici dil (İngilis dili) və Tərcümə
      "Xarici dillər və tərcümə" kafedrasında tədris olunan fənlər:
1. İngilis dilinin tələffüz və nitq vərdişi
2. İngilis dilinin yazı və oxu vərdişi
3. Yazılı anlama və yazılı ifadə
4. Nəzəri qrammatikanın əsasları
5. Şifahi anlama və şifahi ifadə
6. Xarici dildə ünsiyyətin nitq mədəniyyəti
7. Yazılı tərcümə
8. Alman dili
9. İngilis dilinin tarixi
10. Lüğətçilik
11. Nəzəri fonetikanın əsasları
12. Peşəkar tərcümənin əsasları
13. Tərcümə nəzəriyyəsi
14. Ölkə ədəbiyyatı tarixi
15. Amerika ədəbiyyatı
16. Tərcümə tarixi
17. Müasir stenoqrafiya
18. Sənədləşmə və terminologiya
19. Yazılı mətnin şifahi tərcüməsi
20. Ardıcıl tərcümə və qeyd götürmə
21. Şifahi tərcümə
22. Ölkəşünaslıq
23. Üslubiyyatın əsasları
24. Leksikologiya
25. İkili tərcümə
26. İngilis dilinin tədrisi metodikası
27. İngilis dilinin funksional üslubu

28. Xarici dil (İngilis dili)-qeyri ixtisas

 

Əlaqə: Tel: (+994 12) 465 68 89, Daxili (27)


Xəbərlər Tədbirlər Elanlar