Az En Ru Tr

"Bioloji və ekoloji elmlər" kafedrası

"Bioloji və ekoloji elmlər" kafedrası

Müdir: b.ü.f.d. Könül ZEYNALLI

     
"Bioloji və ekoloji elmlər” kafedrasında "Biologiya müəllimliyi” və "Ekologiya mühəndisliyi” ixtisaslarına yiyələnmək üçün bakalavr və magistr pillələri üzrə dövlət standartlarına uyğun 30-dan artıq fənn tədris olunur. Tədris ili ərzində pedoqoji, istehsalat və çöl təcrübələri həyata keçirilir.
      Kafedranın əməkdaşları yüksək ixtisaslı müəllimlərdən ibarət olub, universitetin profilinə müvafiq olaraq elmi-tədqiqat və elmi-metodik işlərin ümumtəhsil məktəb proqramları ilə əlaqələndirilməsinə, işin praktik əhəmiyyətinə ciddi fikir verərək, orta məktəblərlə ünsiyyəti daim diqqət mərkəzində saxlayırlar.
      Tədris olunan fənləri daha da keyfiyyətli və maraqlı etmək üçün təlimin multimediya, aktiv və interaktiv dərs metodlarından da geniş istifadə edilir. Tələbələrin biliklərini artırmaq məqsədilə dərsdənkənar məşğələlər təşkil olunur. Asudə vaxtlarını səmərəli keçirtmək üçün kafedramızın nəzdində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edən "Bizim təbiət” adlı ekoklub yaradılmışdır.
      Fəaliyyətə başladığı dövrdən bu günə qədər kafedrada tədris və elmi –tədqiqat işləri prioritet istiqamət olmuşdur.

“BİOLOJİ VƏ EKOLOJİ ELMLƏR” KAFEDRASINDA TƏDRİS OLUNAN FƏNLƏR:
Botanika
Zoologiya
Entomologiya
Bitki fiziologiyası
Biologiyanın tədrisi metodikası
Azərbaycan florası
Biotexnologiyanın əsasları
Fərdi inkişaf biologiyası
Azərbaycan faunası
Yaş fiziologiyası
Ekologiya və təbiətdən səmərəli istifadə
Fotosintez
Ekoloji monitorinq
Ekoloji ekspertiza və layihələrin əsasları
Tullantısız və az tullantılı istehsalat prosesi
Ekologiya mühəndisliyi
Su ehtiyatlarının kompleks istifadəsi
Tətbiqi ekologiya
Texnosistemlər və ekoloji risk
Radiasyon ekologiya
Sosial və demoqrafik ekologiya
Populyasiyaların ekologiyası
Bitki ekologiyası
İnsan ekologiyası
Yerüstü ekosistemlər
Sənaye ekologiyası
Eksperimental ekologiya
Ekoloji biotexnologiyalar
Ekologiya (ümumi)
Ekolgiyanın tədris təcrübəsi
Ekolgiyanın istehsalat təcrübəsi
Pedoqoji təcrübə
Biologiyanın çöl təcrübəsi
Biologiyanın tədris təcrübəsi
Biologiyanın tədrisi metodiki problemləri (magistr.)
Biologiyanın tədris metodiki tarixi və inkişafı (magistr)
Biologiya kabineti və laboratoriyaların təşkili (magistr)
Orta və AMB təhsilinin varisliyi (magistr)
Biologiyanın öyrənilməsində sinifdənkənar və müstəqil iş (magistr)
Biologiya fənlərinin tədrisi metodikası (magistr)
Elmi yaradıcılığın metodologiyası (magistr)
Elmi tədqiqat təcrübəsi (magistr)
Dissertasiya işi rəhbəri

 

Əlaqə: Tel: (+994 12): 465 68 89, Daxili (25)


Xəbərlər Tədbirlər Elanlar