Az En Ru Tr

Rektordan salamlar

Rektordan salamlarOdlar Yurdu Universititetinə xoş gəlmişsiniz. Biz sizləri, öz müxtəlifliyi və qonaqpərvərliyi ilə seçilən təhsil və mədəniyyət ocağımızın bir üzvü olmağa dəvət edirik.

1995-cı ildə yarandığı gündən bəri, Odlar Yurdu Universiteti müasir texnologiyaların nailiyyətlərini və beynəlxalq standartları öz işində tətbiq edərək qlobal təhsil sisteminə inteqrasiya edir. Universitetimiz Avrasiya və ABŞ-ın aparıcı universitetləri ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Bu, universitetin tələbə və müəllimlərinə, öz işlərinin səmərəliliyini artırmaq üçün geniş imkanlar yaradır.

Universitet bir çox istiqamətlər və ixtisaslar üzrə kurslar təklif edir. Tədris prosesinin rahat formatı tələbələrə istər gündüz, istərsə də axşamüstü və istirahət günlərində dərslərdə iştirak etməyə imkan verir.

Universitetin yüksəkixtisaslı müəllim və əməkdaşlar heyəti tələbələrin təhsil səviyyəsinin artmasına yaxından köməklik göstərir. Bizim proqram və xidmətlərimiz sizin ümidlərinizə və gələcək karyeranızda uğur qazanmağınıza xidmət edir.

Yaxın gələcəkdə sizi universitetimizdə görmək ümidiylə,

prof. Əhməd VƏLİYEV,

Odlar Yurdu Universitetinin təsisçisi və rektoru, Azərbaycan Respublikası Milli Məclisinin üzvü

Avtobioqrafiya

Xəbərlər Tədbirlər Elanlar