Az En Ru Tr

Tədris plan-proqramları və nəzarət şöbəsi

Tədris plan-proqramları və nəzarət şöbəsi

Müdir: f.r.e.n., prof. Novruz ZEYNALOV
Əməkdaşlar: Baş müəllim Şahin MUSTAFAYEV
Metodist: Ülkər İSMAYILOVA

Əsas funksiyalar:
- İxtisaslar üzrə tədris planlarının hazırlanmasını təşkil etmək və həmin tədris planlarının "Ali İxtisas Təhsilinin Dövlət Standartlarına” uyğunluğuna nəzarət;
- Universitetdə tədris planlarına uyğun tədrisin təşkili və gedişinə və keyfiyyətinə daimi nəzarət;
- Fənn proqramlarının, təqvim-mövzu planlarının (sillabusların) tərtib
olunmalarını təşkil etmək;
- tədris prosessində daimi iştirak etmək, kafedralarda ayrı-ayrı
tədris qruplarında tədrisin keyfiyyətinin müzakirəsini təşkil etmək;
- İmtahan sessiyalarının təşkili, imtahan nəticələrinin ayrı-ayrı
fakültələr və kafedralar üzrə hərtərəfli analizi və müvafiq
təkliflərin hazırlanması;
- tələbə kontingentinin və hərəkətinin dəqiq uçotunun aparılması;
- tədris qruplarının komplektləşdirilməsi;
- tədris əmrlərinin hazırlanması və uçotu,əmrlərdən çıxarışların tərtib olunması və müvafiq struktur bölmələrinə çatdırılması;
- əmrlərin xüsusi qovluqlarda arxivləşdirilərək saxlanılması;
- əmrlərdən çıxarışların tədris illəri üzrə xüsusi dəftərxana kitablarında (səhifələri nömrələnmiş və tikilərək möhürlənmiş) qeydiyyatının aparılması;
- Bütün növ arayışların yoxlanılması,təsdiqi və tədris illəri üzrə xüsusi dəftərxana kitablarında (səhifələri nömrələnmiş və tikilərək möhürlənmiş) qeydiyyatının aparılması;
- Tələbə kontingenti və onun yerdəyişmələri haqqında periodik statistik hesabatların tərtib olunması;
- Cari məktublara, müraciətlərə, sorğulara cavabların hazırlanması;
- Daxil və xaric olan məktubların xüsusi qovluqlarda saxlanılması və dəftərxana kitablarında qeydiyyatının aparılması;
- Universitetin ictimai həyatında və keçirilən bütün tədbirlərdə yaxından iştirak etmək;
- Yekun Dövlət Attestasiya komissiyalarının tərkibinin müəyyən edilərək təstiq olunmasını təşkil etmək;
- Tələbələrin və magistrantların Yekun Dövlət Attestasiyasını təşkil etmək;
- Yekun Dövlət Attestasiya komissiyalarının protokollarının ixtisaslar üzrə toplanması,saxlanması, sürətlərinin Təhsil Nazirliyinə verilməsinin təşkil olunması;
- Məzun əmrlərinin (bakalavr və magistr pillələri üçün) hazırlanması və əmrdən çıxarışların Təhsil Nazirləyinə və uyğun struktur bölmələrinə çatdırılması;
- Hər tədris ili tələbələr və magistrantlar sırasına daxil olan (I kurslar), bərpa olan, xaric olan, akademik məzuniyyət verilən, təhsil formasını dəyişən tələbə və magistrantrlar haqqında məlumatların Universitetin kassasına işləməklə Təhsil Nazirliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına xüsusi formalarda çatdırılmasını təşkil etmək;
- Hər tədris ili buraxılış qruplarında təhsil alan tələbələr haqqında tam məlumatın xüsusi formada Respublika Təhsil Nazirliyinə çatdırılmasını təşkil etmək;
- Məzunlar haqqında məlumatların elektron variantının işlənərək yaddaşda saxlanılması və onların əlavə olaraq əlifba sırasına uyğun olaraq ayrıca tərtib olunmuş dəftərxana kitablarına (səhifələri nömrələnmiş və tikilərək möhürlənmiş) işlənməsini təşkil etmək;
- Universitetə köçürülmə yolu ilə daxil olan və müvafiq razılıq əsasında digər ali məktəblərə köçürülən tələbələrin tədris sənədlərin Təlimata uyğun komplektləşdirilməsi, verilməsi və uçotunun təşkili;
- Bütün tələbə kontingentinin şəxsi işlərinin komplektləşdirərək, illər, ixtisaslar və tədris qrupları üzrə arxivdə saxlanılması;
- Təhsilləri başa çatmış tədris qruplarının tədris jurnallarının və qiymət cədvəllərinin arxivdə saxlanılması;
- Məzunlara təqdim olunmuş bakalavr və magistr diplomlarına əlavələrin tərtib olunması,qeydiyyatının aparılması və surətlərinin saxlanılması;
- Universitet məzunlarına orta təhsil haqqında sənədlərin (attestatların) qaytarılmasının təşkili və xüsusi dəftərxana kitablarında (səhifələri nömrələnmiş, tikilərək möhürlənmiş) qeydiyyatının aparılması;
- Universitetin kafedraları ilə birlikdə bütün növ təcrübələrin təşkili və onların Təlimata uyğun keçirilməsinə nəzarəti təşkil etmək;
- Universitetin bütün struktur bölmələrinin (fakültə, kafedra,şöbə və digər qruplar) tədris illəri üzrə hesabat və iş planlarının toplanılması və saxlanılmasını təşkil etmək;

- İllik hesabatların toplanaraq cildlənmiş formada arxivləşdirilməsini təşkil etmək və s.

 

Əlaqə: Tel: (+ 994 12) 465 68 89, Daxili (20)


Xəbərlər Tədbirlər Elanlar