Az En Ru Tr

Mətbuat, İctimaiyyətlə Əlaqələr və Nəşrlər şöbəsi

Mətbuat, İctimaiyyətlə Əlaqələr və Nəşrlər şöbəsi

Müdir: Elçin ƏHMƏDOV

Əsası böyük maarifçi və naşir H.B.Zərdabi tərəfindən 1875-ci ildə "Əkinçi” qəzeti ilə qoyulmuş Azərbaycan mətbuatı böyük, çətin və şərəfli inkişaf yolu keçmişdir. Həqiqətin üzə çıxarılmasına və əhalinin maariflənməsinə xidmət edən Milli mətbuatımız Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da müstəsna rol oynamışdır. Bu gün Azərbaycan mətbuatı dünyanın ən demokratik və azad mətbuatından biridir. Odlar Yurdumuzun "Odlar Yurdu Universiteti” qəzeti də mətbuatımızda özünəməxsus mövqeyi, nüfuzu və yeri olan mətbuat orqanıdır.

           Şöbənin vəzifələri
- Universitetin Mətbuat və KİV-lə əlaqələrin qurulması
- Universitetin fəaliyyətinin və uğurlarının mətbuatda işiqlandırılması
- Universitetin təsisçisi olduğu "Odlar Yurdu Universiteti” qəzetinin hazırlanması və nəşri
- Dərslik və poliqrafik nəşrlərin təşkili
- Reklam və marketinq fəaliyyətinin təşkili
- Vətəndaşların və tələbələrin ərizə və şikayətlərinə, müraciətlərinə baxılması və mətbuatda işıqlandırılması
- İstedadlı tələbələrin yaradıcılığının istiqamətləndirilməsi, inkişaf etdirilməsi və mətbuatda işıqlandırılması
- Mətbuat konfranslarının, brifinq və disputların təşkili və keçirilməsi
- Yaradıcı tədbirlərin, ədəbi-bədii gecələrin və yubileylərin mətbuatda işıqlandırılması
- Universitetdə keçirilən tədbirlər haqqında mətbuat üçün press-relizlərin hazırlanması və paylanması
- Tələbələr arasında intellektual və yaradıcı müsabiqələrin nəticələrin qiymətləndirilməsi və mətbuatda işıqlandırılması

Mob: (+994) 055 609 66 69


Xəbərlər Tədbirlər Elanlar