Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Distant, qiyabi və ömürboyu təhsil şöbəsi » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Distant, qiyabi və ömürboyu təhsil şöbəsi

     Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
     10 iyun 2008–ci il tarixli, 2856 nömrəli Sərəncamı ilə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
     Proqram çərçivəsində distant təhsilin inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı ı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar “Elektron Təlimləndirən Sistemlər” adlı layihə işlənib hazırlanmış və icrasına başlanmışdır.
     Layihənin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək və təhsil almaq imkanlarının yaxşılaşdırılması ilə yanaşı, kompüterləri və elektron resurslardan istifadə bacarıqlarının artırılması və internetə çıxış imkanlarının yaradılmasından ibarətdir.
      Qazax rayonunda seçilmiş Millət vəkili Əhməd Vəliyevin təşəbusi ilə 30 yanvar 2013-cü il tarixdə Qazax şəhərində distant təhsilin inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar “Elektron Təlimləndirən Sistemlər” adlı layihəsinə bölgələrin qoşulması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların distant təhsil “Elektron Təlimləndirən Sistemlər” layihəsinin rəhbəri Salam Əliyev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Ramil Süleymanov, AzEdunet şirkətinin nümayəndəsi Emin Seyidov,Qazax icra başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova ,Qazax Rayon Təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, Tovuz Rayon Təhsil şöbəsinin müdiri Validə Hüseynova, məktəb direktorları,valideynlər və Xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak etmişlər.

      Artıq bölqədə Layihə çərçivəsində aşağıdakı işlər həyata keçirilir:
- Qazax rayonundan 15 şagird və 2 müəllimə, Ağstafa rayonunda 5 şagird və 1 müəllimə, Tovuz rayonunda 4 şagirdə ən yeni texnologiya və proqram təminatları ilə təhciz olunmuş “Apple, İnc” şirkətinin istehsalı olan MacBook notebookları təqdim edilmişdir;
- 24 şagirdin evinə İnternet xətti çəkilmişdir;
- Şagirdlərin dərs prosesini idarə edilməsi məqsədi ilə məktəblərdə seçilmiş sinif otaqlarında yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantıları ilə təchiz olunmuşdur;
- Xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməkliyi ilə “Elektron Təlimləndirən Sistemlər” Təlim vəsaiti əsasında 10 təlimçi heyətinin hazırlanması;
- Yeni hazırlanmış təlimçilər məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməkliyi ilə “Elektron Təlimləndirən Sistemlər” Təlim vəsaiti əsasında şagirdlərə məsafədən təhsil vasitəsi ilə təlimlərin təşkil edilməsi;
- Müəllim, şagird, və valideynlərin təhsil prosesinə cəlb olunması üçün hazırlanmış www.mesafedenmekteb.edu.az portala qoşulması;
- Müəllim və şagirdlər 24 ədəd koordinat-göstərici qurğu , 27 ədəd qulaqcıq, 24 ədəd qrafik planşeti ilə təmin edilmişdir;
- Xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar yaradılmış distant tədris mərkəzləri 3 ədəd macbook kompüteri, 3 ədəd qulaqcıq təmin edilmişdir;
- Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanıb onlara paylanılmışdır.

Tədbirdə vurğulanıb ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir. Azərbaycanda da təhsil islahatının əsas prinsiplərindən biri təlim prosesində uşaqlarda fəallığı, məntiqi düşünməyi, özünə tənqidi yanaşmağı, müstəqil bilik almağı və fərdi inkişaf etmək bacarığını tərbiyə etməkdir.
Distant təhsil humanizm prinsiplərinə cavab verir. Axı, heç kəs yoxsulluq, cəmiyyətdən müvəqqəti təcrid olunması, fiziki qüsuruna görə ümümtəhsil məktəbinə gedə bilməməsi üzündən təhsil almaqdan məhrum olmamalıdır. Məhz distant təhsil əhalinin bütün təbəqələrinə təhsil almaq imkanı verir. O, ənənəvi təlimdən ucuz başa gəlir; təlimin səmərəliliyi təmin olunur; məsafə maneə törətmir-kompüter və internetə çıxışın olması kifayətdir; təhsildə məsafə texnologiyasının payı ildən-ilə artdığı üçün bu təhsil formasının perspektivi vardır.



Xəbərlər Tədbirlər Elanlar