Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Keyfiyyətin Təminatı Mərkəzi » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Keyfiyyətin Təminatı Mərkəzi

Keyfiyyətin Təminatı Mərkəzi Keyfiyyətin Təminatı Mərkəzi Keyfiyyətin Təminatı Mərkəzi
Direktor: Eyvaz HÜSEYNOV

      Universitetimizdə təhsilin keyfiyyət standartlarına nail olmaq, keyfiyyətin təmin edilməsi üzrə planlaşdırılmış ardıcıl proseslərin təminatını həyata keçirmək, təhsildə davamlı irəliləyişə nail olmaq üçün keyfiyyətin artırılması və təhsildə keyfiyyətə nəzarəti həyata keçirmək məqsədilə Keyfiyyətin Təminatı Mərkəzi yaradılmışdır.

      Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyətinin əsas istiqamətləri bunlardır:

     • Tədris proqramlarının keyfiyyətinin qiymətləndirilməsi;
     • Müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi;
     • Tələbələrin əldə etdikləri bilik və bacarıqların keyfiyyətinin qiymətləndirilməsi;


     Tələbələrin universitetdəki təhsil prosesinə səmərəli köməklik göstərmək məqsədilə onlar üçün ayrıca kuratorluq sistemi yaradılmışdır. Bu sistem həm əldə olunan bilik və vərdişlərin mənimsənilməsində, həm də onların, təhsilin keyfiyyətinə təsir göstərən müxtəlif məsələlərin həllində tələbələrə operativ yardım göstərməyə imkan verir.
      Ötən dövrdə Keyfiyyətin Təminatı Mərkəzi aşağıdakı işləri görmüşdür:

- Keyfiyyətin təminatı işinin qurulması və onun səmərəli aparılması məqsədilə tələbələr və müəllimlər arasında anonim sorğu ( anketləşdirmə ) keçirmişdir.

- OYU, Xəzər Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti arasında alyans müqaviləsinin tərtibatında yaxından iştirak etmişdir.

- İkiillik İcma Kolleci ( Community College ) modelinin Azərbaycan şəraitinə uyğunlaşdırılmış variantının işlənib hazırlanmasında fəal iştirak etmişdir.

- OYU–nun nəzdində Dil Öyrənmə Mərkəzinin yaradılması və burada “Conversation club” ( Danışıq klubu ) formatı çərçivəsində ingilis dili kursları təşkil etmişdir.

- Tələbələr arasında ingilis dili səviyyəsini yoxlamaq məqsədilə yazılı test keçirmişdir.

- Aralıq imtahanları ərəfəsində bütün fənlər üzrə referatların qəbulu işini həyata keçirmiş və nəticələri müvafiq kafedra və dekanlıqlarla müzakirə etmişdir.

- TEMPUS layihəsi çərçivəsində təlim proqramlarının keyfiyyətinin qiymətləndirilməsi məqsədilə tələbələr arasında rəy sorğusu keçirmişdir.

- Magistratura və MBA tələbələrinin imtahanlarında komissiya üzvü kimi iştirak edir.

 

Əlaqə: Tel: ( +994 12) 465 68 89, Daxili (17)


Xəbərlər Tədbirlər Elanlar