Az En Ru Tr

İngilis dili mərkəzi

İngilis dili mərkəzi

       Odlar Yurdu Universiteti yarandığı gündən etibarən təhsildə yenilik, keyfiyyətin artırılması məqsədilə ən müasir metodlardan istifadə etməyə çalışmışdır. Bu gün ingilis dili sərhədləri aşan, millətləri birləşdirən bir dil kimi dünyanın birinci beynəlxalq dilinə çevrilmişdir. Müasir dövrümüzdə ingilis dilini və kompüteri bilmədən işə düzəlmək və ya hər hansı bir müəssisədə fərqlənmək və inkişaf etmək qeyri-mümkündür. Məhz bu səbəbdəndir ki, Odlar Yurdu Universitetində İntensiv İngilis dili Kursları fəaliyyətə başlayıb və bu gün də uğurla davam etməkdədir. İngilis dili artıq həm səyahət dili, həm də biznes dilinə çevrilmişdir. İntensiv ingilis dili kurslarının əsas məqsədi tələbələrdə danışıq və şifahi anlama vərdişlərinin inkişaf etdirilməsindən ibarətdir. 


İştirakçılarımız: İngilis dilini qısa müddət ərzində öyrənmək və ya öz biliyini daha da təkmilləşdirmək istəyən tələbələr və müəllimlər;
Üstünlüklərimiz: Kursu uğurla bitirən tələbəyə dil səviyyəsinə uyğun olaraq sertifikat verilir. Sertifikat əldə etmək istəyən tələbələr ilk öncə səviyyə testindən imtahan verir,ingilis dili səviyyəsi təyin edildikdən sonra şifahi imtahandan keçməlidirlər;
İngilis dilində dərs vəsaitləri, dil səviyyəsinə görə bölünmüş qruplar (6-8 tələbə), yüksək səviyyədə oxuma, yazma, dinləmə, anlama;
• Dərs prosesində dilin incəliklərinə yiyələnmənin bütün müasir metodlarından istifadə olunur;


     İngilis dili kurslarında tələbələrə müəyyən mövzular ətrafında danışıqların aparılması üçün materiallardan və kursun özünə məxsus tədris vəsaitlərindən istifadə olunur. Əgər siz hər hansı bir sahədə ingilis dili kurslarının incəliklərinə daha tez bir zamanda sahib olmaq istəyirsinizsə, o zaman bu kurs məhz sizin üçün nəzərdə tutulmuşdur. Kurslar silsilə şəklində keçirilir. Dərsin birinci hissəsində dialoq, mətn, qrammatik məlumat, kursun ikinci hissəsində isə danışıq vərdişlərinin təkmilləşdirilməsi üçün müzakirə klubu təşkil olunur.

Xəbərlər Tədbirlər Elanlar