Az En Ru Tr

Tədris-metodiki Mərkəzi

      Odlar Yurdu Universitetində tədris-metodik işlərin müasir tələblərə uyğun surətdə yaxşılaşdırılması, tədris prosesinin, dərs məşğələlərinin ayrı-ayrı növlərinin və formalarının daha da təkmilləşdirilməsi, təhsil haqqında qanunun müddəalarına uyğun olaraq, tədrisin elmi-nəzəri, metodik və ideya səviyyəsinin yüksəldilməsi məqsədilə rektorluq yanında universitetin tədris-metodik şurası yaradılır.
      Şuranın tərkibi rektor tərəfindən fakültə dekanları, kafedra müdirləri, ən təcrübəli və yüksək ixtisaslı müəllimlərin sırasından seçilir və təsdiq edilir.
      Şura aşağıdakı təşkilat quruluşuna malikdir:
      Şuranın tərkib heyəti, onun nəzdindəki tədris-metodik, tədris-metodik bölmələr və fakültələr üzrə tədris-metodik komissiyalar.
      Şuranın sədri, bir qayda olaraq universitetin rektorunun tədris işləri üzrə prorektoru təyin edilir.
     Tədris-metodik şura öz işində Respublikanın Təhsil haqqında qanununu, Təhsil Nazirliyinin təhsil üzrə normativ sənədlərini, təlimatlarını və digər normativ aktları əsas tutur.
      Tədris-metodik şura öz fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil haqqında konsepsiyasının müddəasından irəli gələn müstəqil təhsil sistemi xalqın ictimai-siyasi iqtisadi və mədəni dirçəlişinin əsası olması prinsipini rəhbər tutur.
     Şura özünün qarşısında duran tədris-metodiki işləri həll edərkən təhsilin demokratikləşdirilməsi, intensivləşdirilməsi, humanitarlaşdırılması, fərdiləşdirilməsi, kompüterləşdirilməsi və s. prinsiplərini rəhbər tutur və onlara əsaslanır.
      Tədris-metodik şura müasir pedaqoji, elmi-metodik vasitələrə və qaydalara cəmiyyətin hərtərəfli inkişafında xidmət göstərilməsində elmin qabaqcıl təcrübəsinin tələbələr tərəfindən dərindən mənimsənilməsinə yaxından köməklik göstərməlidir.
      Tədris-metodik şura və onun bölmələri qarşıya qoyulan vəzifələri tədris və tədris-metodik işlərin müxtəlif forma və vasitələrindən istifadə etmək yolu ilə təhsil qanununa uyğun olaraq həyata keçirirlər. Buraya mühazirə, seminar, praktiki və laboratoriya məşğələlərinin, ev tapşırıqlarının, tələbələrin müstəqil və fərdi işlərinin, istehsalat praktikasının təşkili, müxtəlif fənlər üzrə tədris-metodik vəsaitlərin nəşrə hazırlanması, tədris prosesinin, tədris-metodik işlərin təşkilinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər irəli sürülməsi, tədris prosesində texnik-tə”lim vasitələrinin tətbiqi və istifadəsi və s. aiddir.
      Tədris-metodik şuranın başlıca vəzifələri və funksiyaları ümumi və konkret ixtisaslar üzrə mütəxəsislər hazırlanması keyfiyyətinin yaxşılaşdırılmasının perspektiv istiqamətlərini müəyyən etməkdən, tədris məşğələlərinin yüksək elmi və nəzəri səviyyədə aparılması tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etməkdən, tədris-metodiki komissiyalar və bölmələr vasitəsilə universitetin tədris hissəsinə, dekanlıqlara, kafedralara və s. tədris bölmələrinə tədris-metodiki köməklik göstərməkdən ibarətdir. Bundan əlavə şura universitetin fakültələrində tədrisin iş planlarının, kafedralarda tədris proqramlarının və metodik göstərişlərin tərkibinə təkmilləşdirilməsinə dair tövsiyyələr hazırlayır, tədris və tədris-metodik işin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında onlara kömək edir, tədris planlarını və proqramlarını nəzərdən keçirir, təsdiq edir, metodik bölmələrin və fakültə tədris-metodik komissiyaların təkliflərini öyrənir və təkmilləşdirir, vaxtaşırı metodik bölmələrin və fakültə tədris-metodik komissiyalarının işini təhlil edir və ümumiləşdirir, tədris və tədris-metodik işlərə dair ən mühüm məsələlər üzrə təkliflər hazırlayıb, universitetin elmi şurasının müzakirəsinə verir.
      Tədris-metodiki şura qəbul edilmiş qərarın fakültə tədris-metodik komissiyaları, şuranın bölmələri, habelə dekanlıq və kafedralar tərəfindən yerinə yetirilmə gedişatını yoxlayır və buna lazımi köməklik göstərir, universitetin professor-müəllim heyətinin tədris-metodik konfransını keçirir, əcnəbi ölkələrin ali məktəblərinin iş təcrübəsini öyrənir, fakültələrdə, kafedrada, bütünlükdə universitetdə tədris və tədris-metodik işin məzmunu və təşkili metodikası üzrə elmi-metodik müşavirələr və seminarlar keçirilməsini təşkil edir, fakültə və kafedraların işinin təşkili təcrübəsini ümumiləşdirir və yayır, şuranın bölmələrinin və fakültələrin tədris-metodik komissiyalarının növbəti vəzifələrini müəyyənləşdirir və yenidən qurur.
     Tədris-metodik şura öz işini qarşıdakı tədris ili üçün tərtib edilən və rektor tərəfindən təsdiq olunan plan əsasında təşkil edir.
      Cari işlərin aparılması üçün metodik şura sədr (tədris işləri üzrə rektor müavini), sədr müavini (metodik şöbənin müdirlərindən biri), məsul katib seçir.
      Tədris-metodik şura vaxtaşırı (iki ayda bir dəfədən az olmamaqla) öz iclasına yığışır.
      Metodik şuranın tərkibində tədris işinin müxtəlif sahələri və tədris-metodik məsələləri üzrə bölmələr yaradılır. Bölmələrin tərkibi və onun sədri tədris-metodik qrup tərəfindən seçilir və universitetin elmi şurası tərəfindən təsdiq edilir.
      Bölmələr öz fəaliyyətini onların tərtib etdikləri və universitetin tədris-metodiki şurası tərəfindən təsdiq olunan iş planı əsasında həyata keçirir. Planlar universitetin məqsədli kompleks proqramına, onun tədris-metodik şurasının iş planlarına direktiv materiallara və rektorluğun göstərişlərinə uyğun surətdə hazırlanır.
      Şuranın bölmələri kafedraların işinin müvafiq sahələrini öyrənib, onlar üçün tədris, metodik və təlim-tərbiyə işlərinin yaxşılaşdırılmasına dair təkliflər işləyib hazırlayır və kafedralara tövsiyə verirlər.
      Tədris-metodik bölmələr şuranın və onun metodiki şöbəsinin sərəncam, qərar və təkliflərini həyata keçirir.
      Bölmələrin üzvləri həm bölməyə aid məsəllərin müzakirəsində, həm də metodik şuranın işində fəal iştirak edirlər.
      Tədris-metodik bölmələr vaxtaşırı öz işi haqqında şura qarşısında hesabat verirlər. Onlar planda nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar.
      Tədris-metodik şuranın tərkibinə aşağıdakı bölmələr daxildir:
1.Tədris prosesinin təşkilatı, metodiki və metodoloji problemləri.
2.Tədrisin, elmin və istehsalatın inteqrasiyasının metodiki məsələləri.
3.Tədrisin dərslik və dərs vəsaiti, metodik göstərişlər və proqramlarla təmin olunması.
4.Tədrisin intensivləşdirilməsi məsələləri (kompüterləşdirmə, tədrisdə texniki və əyani vasitələrdən istifadə) və tələbələrin müstəqil işinin metodoloji və təşkilati məsələləri.
      Bölmənin əsas funksiyaları və vəzifələri çoxcəhətli və aşağıdakı məsələləri əhatə edir.
-tədris prosesinin əsasını təşkil edən kafedraların iş və iclas planlarının, tədrislə əlaqədar olan qrafik və cədvəllərin, tədris proqramlarının və metodik göstərişlərin tədris-metodoloji əsaslarda tətbiq edilməsinə və onlardan bacarıqla istifadə olunmasına istiqamət vermək və metodik köməklik göstərmək. Həmin planların və qrafiklərin bazar iqtisadiyyatı təcrübəsinə və yeni vəzifələrə uyğun surətdə daim təkmilləş-dirilməsinə təsir göstərmək.
Fakültələrin tədris-metodik komissiyaları ilə birlikdə tədris iş planlarının hazırlanmasında, həmin planda fənlərin semestrlər üzrə düzgün və müasir ardıcıllıqla yerləşdirilməsində dekanlıqlara metodik tövsiyyələr hazırlamaq və istiqamətlər vermək;
-kafedralarda professor-müəllim heyəti arasında dərs yükünün bölüşdürülməsi metodunun təkmilləşdirilməsi və müəllimlər arasında ixtisaslaşdırmanın dərinləş-dirilməsi sahəsində onlara tövsiyələr vermək;
-kafedraların yeni tədris proqramları ilə və metodik göstərişlərlə təlimatını yoxlamaq, tədris iş proqramlarının, metodik göstərişlərin tərtib olunması metodlarının təkmilləşdirilməsi işinə dair nəzər yetirmək, lazım gəldikdə bu sahədə kafedralara tövsiyələr təqdim etmək;
- yeyinti və Beynəlxalq aləmdə tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar yenilikləri nəzərə alınmaqla tədrisin metodlarının və üsullarının təkmilləşdirilməsinə dair kafedralara metodiki və metodoloji köməklik göstərmək; dərsvermə metodlarının təkmilləşdirilməsi üzrə müəllimlərin kafedralararası seminarlarının keçirilməsini təmin etmək;
-açıq dərslərin və stenoqram edilmiş məşğələlərin kafedrada müzakirəsi qaydalarını işləyib hazırlamaq, onların qiymətləndirilməsi meyarını və bu meyarın tərkibini təşkil edən cəhətləri (mühazirənin elmi səviyyəsi, mühazirəçinin ustalığı və s.) müəyyən etmək;
-dərslik və dərs vəsaiti olmayan fənnlər və yaxud ayrı-ayrı mövzular üzrə nümunəvi açıq mühazirələr təşkil etmək və onların çap edilmiş fondlarının yaradılmasında kafedralara metodiki yardım göstərmək, bu işin gedişatını daim yoxlamaq, vaxtaşırı bu haqda tədris-metodik şuraya məlumat vermək;
-ayrı-ayrı kursların (fənnlərin) səciyyəvi mövzularından və bölmələrindən irəli gələn və dövrün tələblərinə cavab verən vəzifələri əlaqələndirmək məqsədilə ixtisas və köməkçi kafedralar ilə ictimai kafedralar arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə müntəzəm olaraq diqqət yetirmək, professor-müəllim heyətinin kafedralararası müşavirələrini, elmi-nəzəri və metodiki seminarlarını keçirmək;
-pedaqoji ustalıqlarını dərinləşdirmək və daha da möhkəmləndirmək məqsədilə gənc müəllimlər üçün universitet daxilində xüsusi mühazirələrin keçirilməsinə dair tədris-metodik şura qarşısında məsələ qaldırmaq, müəllimlərin ixtisasartırma kurslarına, stajlanmaya göndərilməsinə nəzarət etmək, universitet daxilində gənc müəllimlərin ixtisası artırma, müəllimlik metodikası və ustalığına dair 1-3 aylıq kurslar təşkil etmək, bu cür tədbirlərin metodoloji əsasları barədə kafedralara tövsiyələr vermək;
-kafedraların tədris təyinatlı maddi-texniki bazasının dövrün tələblərin uyğunluğu məsələlərinə diqqət yetirmək, tədris kabinetlərinin, laboratoriyaların və ixtisaslaşdırılmış auditoriyaların, ali məktəbin yenidən qurulması konsepsiyasından irəli gələn tələblərə uyğun surətdə təşkil olunmasında kafedralara köməklik göstərmək;
-mühazirələrin artmaqda olan rolunu nəzərə alaraq, bölmə onların elmi-metodik və problem xarakter daşımasının təmin edilməsinə təsir göstərməli, mühazirələrin deyilməsinin yeni metodlarının və istiqamətlərinin müəyyənləşdirilməsinə kömək göstərməlidir.
Bölmə yuxarıda göstərilən məsələlər üzrə vaxtaşırı iclas keçirir, qərarlar, tövsiyələr qəbul edir, lazım gəldikdə universitetin tədris-metodik şurasının iclasına məsələlər çıxarır.
Bölmə milli təhsil konsepsiyasının müddəalarında irəli gələn, habelə universitetin rektorluğunun göstərişini əsas tutaraq aşağıdakı funksiyaları və vəzifələri yerinə yetirir.
Tədris və elmi-tədqiqat işlərinin səmərəliliyini və professor müəllim heyətinin ixtisasını artırmaq, tədrisin istehsal ilə əlaqələrini gücləndirmək yolu ilə tələbələr təsərrüfat kerçəkliyinə və istehsala TEİK-n təşkil etmək üçün təkliflər hazırlayır və mütəxəssislərin hazırlanmasında məktəbin, istehsalın və müvafiq elmi-tədqiqat müəssisələrinin işlərini əlaqələndirir. TEİK-nı təşkil etmək üçün həmin müəssisələr (tədris, elmi və istehsalat) arasında müqavilələr bağlayır və birgə əmrlə rəsmiyyətə salınır.
Bölmə həmin kompleks vasitəsilə əsas diqqəti tədris və tədris-metodik işlərinə yetirir.
Bu baxımdan:
-Tələbələrin istehsalat praktikasına dair Əsasnaməyə uyğun olaraq istehsalat (tədris) praktikasının təşkilinə nəzarət edir, yerli şəraiti əsas götürməklə praktikanın təşkili və keçirilməsi məsələlərinin metodoloji əsaslarını müəyyənləşdirir, kafedralarda istehsalat praktikası proqramlarının, metodik göstərişlərinin hazırlanması üçün onlara istiqamət və tövsiyələr verir.

-İstehsalat (tədris) praktikasının səmərəli həyata keçirilməsində məktəbdə istehsalın, məktəb və istehsal tərəfindən təyin olunan praktika rəhbərləri arasında əlaqələrin qarşılıqlı fəaliyyət əsasında təkmilləşdirilməsinə və gücləndirilməsinə tədris metodoloji üsullarla təsir göstərir, praktikanın keyfiyyətinin daha da yaxşılaşdırılmasına dair onlara tövsiyyələr verir.

-İstehsal müəssisəsi tərəfindən təyin olunmuş rəhbərlərin və ali məktəbin elmi-pedoqoji kadrlarının (təcrübə rəhbərlərini istehsalat təcrübəsinə dair iş təcrübələrinin artırılmasına diqqət yetirir, onların birgə müşavirələrini təşkil edir, tələbə-rəhbərlik üçün yüksək ixtisaslı və kamil ideyalı mütəxəssislərin seçilməsində kafedralara kömək göstərir.

-Tələbə və təcrübə rəhbərləri üçün tədris-metodik sənədlərin hazırlanmasında kafedralara istiqamət verir.
Bölmə tələbələrin elmi işlərinə xüsusi diqqət yetirir.

-Tələbə Elmi Cəmiyyətinin xətti ilə verilən mövzuların elmi-texniki tərəqqinin son nailiyyətlərinə istehsalın müasir vəziyyətinə və onun yaxşılaşdırılması tələblərinə uyğun surətdə hazırlanması kafedralara kömək edir.

-Kurs və buraxılış işlərinin mövzularının istehsal müəssisələrini onları idarə edən təşkilat və idarələrin sifarişləri arasında işlənib hazırlanmasına, həmin mövzuların istehsalat (tədris) praktikası keçilən obyektlərin timsalında yerinə yetirilməsini təmin edir, bu məqsəd üçün ixtisas (buraxılış) kafedraları ilə sıx əlaqə saxlayır, onlar üçün təkliflər və tövsiyələr hazırlayıb verir.

-Buraxılış işlərinin müdafiəsinin istehsalat müəssisələrində keçirilməsini, müdafiə komissiyasında müəssisənin ixtisaslı mütəxəssislərindən iştirak etməsini təmin edir, diplomçuların təkliflərinin həmin müəssisəyə gərəkliyi haqqında mütəxəssislərin fikirlərini öyrənir və ümumiləşdirir, təkliflərin həyata keçirilməsi barədə imkanların olduğunu həmin mütəxəssislərin köməyi ilə müəyyən edilməsinə və tətbiq olunmasnı nəzarəti həyata keçirir.

Bölmə universitetin müəllimlərinin istehsal müəssisələrində yeni təsərrüfatçılıq məsələlərinə dair mühazirələr oxumasına, söhbətlər aparılmasına nəzarət edir, təcrübəli mütəxəssisləri elmi müəssisələrin amillərinin universitetin tədris prosesində iştirakı üçün tövsiyələr hazırlayır, professor-müəllim heyətinin praktiki informatika, istehsal işçilərinin isə elmi informatika ilə təmin edilməsinə hər iki tərəfin rəhbərliklərinin köməyi əsasında təsir göstərir, bu məqsəd üçün kafedraların fəaliyyətinə istiqamət verir.

Bölmənin konkret vəzifələri aşağıdakılardır:
1. Kafedralarla birlikdə ayrı-ayrı fənlər üzrə proqramların, tədris ədəbiyyatının mövcudluğunu və məzmununu, onların müasir tələblərə, mütəxəssis hazırlığı keyfiyyətinin yüksəldilməsi vəzifələrinə uyğunluğunu öyrənmək.
2. Fənlər üzrə mövcud olmayan proqramların, dərs vəsaitlərinin işlənib hazırlanmasına, tərtib və nəşr edilməsinə dair tədbirlər işləyib hazırlamaq.
3. Fənlər üzrə dərsliklərə, dərs vəsaitinə tələbatı aşkara çıxarmaq və kitabxanalar vasitəsilə zəruri ədəbiyyatların alınması üçün tədbirlər görmək.
4. Kafedralar üçün dərs vəsaitlərinin, məsələ kitablarının, laboratoriya işlərinin, soraq kitabçalarının və s. hazırlanması üzrə təkliflər hazırlamaq.
5. Kursun ikinci dərəcəli hissəsinin, təsviri hissəsinin ixtisar edilməsi, təkrarçılığın aradan qaldırılması, həmçinin tələbələr tərəfindən kursun müəyyən hissəsinin müstəqil öyrənilməsi məqsədilə tərcümələr edilməsi üzrə təkliflər işləyib hazırlamaq üçün oxunan fənlərin, proqramların məzmununu öyrənmək.
6. Azərbaycan dilində dərsliklər və dərs vəsaitlərinin yaradılması və mövcud ədəbiyyatı Azərbaycan dilinə çevirmək üzrə tədbirlər işləyib hazırlamaq.
Təhsilinin təkmilləşdirilməsinə dair təlimat sənədləri və mövcud qərarlara, habelə təhsilin intensivləşdirilməsi, o cümlədən tədris prosesinin hərtərəfli kompüterləşdirilməsi, dərslərin EHM və s. texniki vasitələrdə keçirilməsinə dair təhsilinin inkişafı konsepsiyasından irəli gələn vəzifələrə uyğun olaraq tədris metodik şuranın həmin bölməsinin funksiyaları və icra edəcəyi işlər aşağıdakı kimi müəyyənləşdirilir.
Universitetin bütün kafedraları-humanitar və sosial-siyasi elmlər, təbiət elmləri, iqtisadiyyat, tibb elmləri, texniki fənlər və s. yeni yaradılacaq kafedralar üzrə tədrisin intensivləşdirilməsi sahəsində vahid iş siyasəti aparılmasını təmin etmək, kafedralarda hesablama texnikasının və s. tədris prosesində tətbiq edilməsində, tədris təyinatlı proqram və metodik vəsaitlərin yaradılmasında onlara kömək göstərmək, bu məqsədlə tədrisin intensivləşdirilməsi gedişatını vaxtaşırı təhlil etmək və onun effektivliyini qiymətləndirmək.
Təhsilin kompüterləşdirilməsi və tədrislə texniki vəsaitlərdən səmərəli istifadə edilməsinin əsasını təhsilin düzgün proqramlaşdırılması təşkil etdiyini əsas götürərək, həmin proqramların tərtib edilməsində kafedralara yardım göstərmək, bu məqsədlə kafedralarla proramlaşdırılmış təhsilin vəziyyətini vaxtaşırı nəzərdən keçirmək, ayrı-ayrı fənlər üzrə onun həyata keçirilməsi yollarını müəyyən edib kafedralara tövsiyyə vermək.
Bölmə tədrisin intensivləşdirilməsində texniki vəsaitlərdə istifadənin aparıcı rolunu nəzərə alaraq, kafedralarda professor-müəllim heyətinin kompüter yaddaşının daim artırılması sahəsində tədbirlər işləyib hazırlayır, dərslərinə xüsusən praktiki məşğələlərin, işgüzar oyunların, tədris praktikasının kompüterlər vasitəsilə keçirilməsi vəziyyətini daim öyrənir. Tədris prosesində kompüterləşdirmə texnologiyasının proqram-metodik təminatı və onun tətbiqinin nəticələrini təhlil edir və qiymətləndirir. Onların səmərəliliyini artırmaq üçün tədbirlər görür, kafedralarla tövsiyələr hazırlayır. Bölmə təhsilinin hərtərəfli kompüterləşməsi prosesini daim nəzarət altında saxlayır.
Hesablama texnikasından, xüsusən fərdi elektron hesablama maşınlarından istifadə edilməsinə, həmin texniki vasitələrin əldə edilməsinə, onların müxtəlif növlərinin hesablama mərkəzində xüsusi kobinet və laboratoriyalarda habelə bilavasitə kafedraların ixtisaslaşdırılmış auditoriyalarında səmərəli yerləşdirilməsinə diqqət yetirir, hesablama texnikasının vəziyyətinin, xüsusən ixtisas kafedraların hamısının fərdi hesablama maşınları ilə hökmən təmin olunması vəziyyətini, bütövlükdə hesablama texnikasının, kompüterlərin universitetin iş sahələri üzrə düzgün yerləşdirilməsini öyrənir, öz iclaslarında vaxtaşırı müzakirə edir, digər tədbirlərlə yanaşı, onun təminatı barədə universitetin tədris-metodiki şurası qarşısında məsələ qaldırır.
Təhsil prosesində digər texniki vasitələrdən, o cümlədən fotodan, kinodan, televiziyadan, kompüter texnologiyasından və s. istifadə edilməsinə də xüsusi diqqət yetirir, tədris filmlərinin, diafilmlərin və s. informatika xarakteri daşıyan texniki vəsaitlərin kataloqlarının hazırlanması metodlarını və üsullarını hazırlayır, kafedarlara tövsiyyə edir, onların kafedralarda vəziyyətini yoxlayır, texniki vasitələrin bu növlərindən istifadə metodları haqqında tövsiyyələr verir.
Bölmə öz vəzifə və funksiyalarının həyata keçirilməsində müvafiq kafedralarının potensial imkanlarından istifadə edir, onlardan kömək alır, öz tövsiyyələrini onlarla razılaşdırır.
Bölmə aşağıdakı funksiyaları və vəzifələri yerinə yetirir:
-praktiki, seminar və laboratoriya dərslərini apararkən qrupların iki yarımqrupa bölünməsi göstərişlərinin yerinə yetirilməsi işinin gedişatını nəzərdən keçirir, onun səmərəliliyini müntəzəm surətdə öyrənir, bu sahədə qabaqcıl təcrübəni kafedralar arasında yayır.
-müstəqil işin kafedralar üzrə, onların profillərinə uyğun olaraq müxtəlif növlərini və formalarını müəyyənləşdirir, işin planlaşdırılmasının və təşkilinin metodoloji əsaslarını işləyib hazırlayır, bu barədə müvafiq kafedralara tövsiyələr verir. Kafedralarla məsləhətləşmələr yolu ilə tədbirlər hazırlayır.
-tələbənin müstəqil işi tərkibində fərdi məşğələnin aparıcı rolunu nəzərə alaraq iş üçün tapşırıqların hazırlanmasının və həyata keçirilməsinin metodiki əsaslarını müəyyən edir, kafedraların profillərinə uyğun surətdə təkliflər irəli sürür, tələbələrlə fərdi işlərin təkminləşdirilməsində onlara (kafedralara) kömək göstərir.
-tələbənin müstəqil işinə nəzarətin keyfiyyətinin yüksəldilməsi tədbirlərini işləyib hazırlayır, nəzarətin dolğun həyata keçirilməsində kafedralara yaxından kömək edir, lazım gəldikdə tövsiyələr verir.
-müstəqil iş üzrə təşkilatçı müəllimin işinə nəzarətin metodik əsaslarını müəyyənləşdirir, nəzarətin səmərəliliyini artırmaq məqsədi ilə kafedralara məsləhət müşavirələr keçirir, nəzarətin metodlarını və üsullarını müəyyən edir.
-tələbələrin müstəqil olaraq fərdi işlər üzrə tapşırıqların yerinə yetirilməsinin kafedralarda qeydiyyatının aparılmasına dair məsələlər müzakirə edir, kafedralarda həmin qeydiyyatın vəziyyətini yoxlayır, lazım gəldikdə onlara tövsiyyələr verir.
-tələbələrin fərdi işləri üzrə auditoriya şəraitində diskussiyaların, işgüzar oyunların, təsərrüfat (istehsal) vəziyyətinin modelləşdirməsi və tədrisinə və s. fəal metodlarının tətbiq olunmasına nəzər yetirir, onların metodoloji əsaslarına dair tövsiyələr verir.

Xəbərlər Tədbirlər Elanlar