“Müəllimlərin diaqnostik qiymətləndirilməsi” imtahanı keçirilmişdir
Odlar Yurdu Universitetinin müəllimləri üçün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, onların həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi məqsədilə tədris planlarında nəzərdə tutulan fənlər üzrə 50 sualdan ibarət “Müəllimlərin diaqnostik qiymətləndirilməsi” imtahanı təşkil edilmiş, test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılmışdır. İmtahan obyektiv və şəffaf şəkildə həyata keçirilmiş, suallar ixtisasları tam əhatə etmişdir.