OYU - loader

“Əcnəbi tələbələrlə işin xüsusiyyəti və miqrasiya qanunvericiliyi” mövzusunda müzakirə keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın təşəbbüsü ilə Odlar Yurdu Universitetində “Əcnəbi tələbələrlə işin xüsusiyyəti və miqrasiya qanunvericiliyi” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. İctimai müzakirəni giriş sözü ilə açan DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov ölkə ərazisində təhsil alan əcnəbi tələbələri narahat edən hallara, miqrasiya sahəsində mövcud aktual məsələlərə nəzər salıb. Odlar Yurdu Universitetinin tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ayrı-ayrı aspektlərinə toxunub və ölkənin təhsil prosesinə əcnəbi tələbələrin cəlb olunmasının vacibliyi haqqında danışıb. Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru, I dərəcəli miqrasiya xidməti qulluqçusu Anar Əkbərov miqrasiya qanunvericiliyinin təhsil məsələləri ilə əlaqədar müddəalarının şərhini verib. Fəal interaktiv şəraitdə keçən tədbir zamanı təhsil müəssisələrinin nümayəndələri tərəfindən qaldırılan suallar aidiyyəti üzrə cavablandırılıb, onlar ətrafında geniş müzakirələr aparılıb. DMX yanında İctimai Şuranın üzvü və bu təsisatın Təhsil məsələlər üzrə işçi qrupunun rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev bu sahədə gələcək əməkdaşlıq imkanlarının artırılması barədə danışıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, həmin şəxslərin ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə də məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.



php shell indir
Instagram takipçi satın al ucuz
antalya duvar kağıdı
pubg mobile uc al