OYU - loader

“Fashion Style - 2019” moda festivalı keçirilib

Odlar Yurdu Universitetində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə “31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr edilmiş ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Fashion Style-2019” moda festivalı keçirilib.

“Fashion Style – 2019” moda festivalının keçirilməsində məqsəd gənclərin mənəvi inkişafını təmin etmək, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, universitetin müəllim heyəti, fəal gənclər və məktəblilər iştirak etmişdir.

Moda festivalının açılış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov tədbir iştirakçılarını qarşıdan gələn “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl münasibətilə təbrik etdi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən, respublikanın inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən və ölkəmiz üçün əldə etdiyi uğurlardan danışıb.
Sonra ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri ziyafət geyimləri nominasiyası üzrə geyimlərini nümayiş etdirdilər və münsiflər heyəti tərəfindən qiymətləndirildilər. Qiymətləndirilmənin nəticəsinə əsasən qızlar və oğlanlar arasında qaliblər seçildi.

Beləliklə qızlar arasında I yerə Odlar Yurdu Universitetinin tələbəsi Məmmədova Şölə, II yerə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kərimova Rəfiqə, III yerə Odlar Yurdu Universitetinin tələbəsi Quliyeva Pərvanə, oğlanlar arasında isə I yerə Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi Hüseynov Nurlan, II yerə Qərbi Kaspi Universitetinin tələbəsi Osmanov Vüsal, III yerə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Atamoğlanov Azər layiq görülmüşlər.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələr ilə təltif olunmuşlar.
Qeyd edək ki, festivalda Odlar Yurdu Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Qərbi Kaspi Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Odlar Yurdu Kollecinin və Bakı Humanitar Kollecin tələbələri iştirak etmişlər.
“Fashion Style–2019” moda festivalı Odlar Yurdu Universitetinin tələbələri tərəfindən hazırlanmış konsert proqramı ilə davam etmişdir.

 



php shell indir
Instagram takipçi satın al ucuz
antalya duvar kağıdı
pubg mobile uc al