OYU - loader

Odlar Yurdu Universitetinin yeni sillabus forması təqdim edilib

Odlar Yurdu Universitetində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin iş planına uyğun olaraq yeni sillabus forması hazırlanmış və universitet əməkdaşlarına təqdim olunmuş, geniş müzakirə keçirilmişdir.

Sillabusda öyrənilən fənnin təsviri, məqsəd və vəzifələri, onun qısa məzmunu, öyrənmə nəticələri, tədris və öyrənmə metodları, ədəbiyyat siyahısı, tövsiyə olunan faydalı keçidlər, məqalələr və s. özündə əksini tapmışdır.

Qeyd edək ki, ilin əvvəlindən tədris prosesini daha səmərəli şəkildə qurmaq üçün Elektron Universitet modelinin tətbiqinə başlanıb. Bütün dərs materialları, o cümlədən, sillabus, əlavə oxu materialları, praktiki tapşırıqlar və sorğu-suallar onlayn olaraq sistemə yüklənəcək. Sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil ediləcək. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılacaq.

İclasda yeni təhsil texnologiyalarının ali təhsildə tətbiqi, təhsil keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu məsələləri də müzakirə edilib.

İclas ümumi müzakirələrlə davam edib və yeni sillabus nümunəsi yüksək qiymətləndirilib.



php shell indir
Instagram takipçi satın al ucuz
antalya duvar kağıdı
pubg mobile uc al