OYU - loader

İtaliyanın Link Campus Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olub

İtaliyanın Link Campus Universitetinin Global və Beynəlxalq Direktoru Allesandra Liccardo və Link Campus Universitetinin direktor köməkçisi Roberto de Girolamo Odlar Yurdu Universitetində qonaq olub.

Qonaqları salamlayan Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev  onları universitetdə görməkdən məmnun olduğunu bildirib, universitetin tarixindən, fakültə və ixtisaslarından danışıb, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən söz açıb. Rektor iki universitet arasında əməkdaşlıq perspektivlərinə də toxunub, müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Allesandra Liccardo öz növbəsində İtaliya və Azərbaycan arasında sürətlə inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdən, Azərbaycanda gedən sürətli inkişaf prosesindən və əldə etdiyi uğurlardan söz açdı. O, Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu söylədi və iki universitet arasında təcrübə mübadiləsinin aparılması istiqamətində maraqlı olduqlarını qeyd etdi, həmçinin bu görüşün iki universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Görüşdə iki universitet arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

Xanım Allesandra Liccardo iki universitet arasında birgə MBA proqramının tədris olunması və yay aylarında tələbələrin iştirakı ilə birgə Yay məktəbinin təşkil edilməsi və barədə təklif irəli sürüb

Sonra qonaqlar universitetin akt zalında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin təqdimatında “Kimdir müqəssir?” adlı tamaşanı izləyiblər.

Görüşün yekunu olaraq, qonaqlar üçün Odlar Yurdu Universitetinə və Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən və İngiltərə tədris sisteminə uyğun təhsil verən “British School in Baku” (BSB)-ya ekskursiya təşkil olundu.



php shell indir
Instagram takipçi satın al ucuz
antalya duvar kağıdı
pubg mobile uc al