Dosent Rahib İmamquliyev

İmamquluyev Rahib Aydın oğlu 05 yanvar 1982-ci ildə Gədəbəy rayonu Əmiraslanlı kəndində anadan olub.
1999-cu ildə Gərgər kənd tam orta məktəbəni bitirib.
2003-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika ixtisasını fərqlənmə diplomu ilə bitirib.
2005-ci ildə Sumqayıt Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinin informatika ixtisası üzrə magistr təhsili alıb.
2017-2021-ci illərdə Odlar Yurdu Universitetinin 3338.01 “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorantura təhsili alıb. 2006-2008-ci illərdə “İndustrial Development” MMC şirkətində texnik-dizayner vəzifəsində işləyib.
2008-ci ildən etibarən, təsisçisi olduğu “Aydınoğlu” MMC və “Aydinoglu Design Academy”-nın direktoru vəzifəsində çalışır.
2017-2021-ci illərdə Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasında müəllim, dosent və 2021-ci ildən etibarən, Odlar Yurdu Universiteti İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri vəzifəsində çalışır.
2022-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ED2.02 saylı dissertasiya şurasında 3338.01 “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Memarlıq-dizayn sahələrində kompüter texnologiyalarının qeyri-səlis məntiq modelləri əsasında tətbiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.
2 dərs vəsaitinin, 30-a yaxın, o cümlədən 21-i beynəlxalq sitat bazalarına daxil olan elmi nəşrlərin müəllifidir.