OYU-nun Keyfiyyət Təminatı

Odlar Yurdu Universitetində Keyfiyyət Təminatı Siyasəti “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”-na  (2013), universitetdə həyata keçirilən fəaliyyətlərin Bolonya təhsil prosesinin müddəalarına, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və qaydalar”a, dövlətin bu sahədəki direktiv sənədlərinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin normativ hüquqi və TKTA-nın bu sahədəki direktiv sənədlərinə əsaslanır.

Odlar Yurdu Universitetində Keyfiyyət Təminatı Siyasəti “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”-na  (2013), universitetdə həyata keçirilən fəaliyyətlərin Bolonya təhsil prosesinin müddəalarına, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və qaydalar”a, dövlətin bu sahədəki direktiv sənədlərinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin normativ hüquqi və TKTA-nın bu sahədəki direktiv sənədlərinə əsaslanır.
OYU-nun Keyfiyyət Təminatı Siyasəti

 

 

- Odlar Yurdu Universitetinin keyfiyyət təminatı siyasəti Azərbaycan Respublikasının təhsil siyasəti və Azərbaycan cəmiyyətinin inkişaf perspektivləri nəzərə alınmaqla davamlı təhsilin yüksək səviyyədə təşkili və beynəlxalq rəqabətliliyinin artırılması yolu ilə müasir daxili və beynəlxalq əmək bazarlarının tələblərinə uyğun yaradıcı, milli düşüncəli, yüksək ixtisaslı məzun kadrların hazırlanmasından ibarətdir.

 

- Odlar Yurdu Universiteti özündə təhsilin tam orta, subbakalavr, bakalavr, magistratura və doktorantura kimi səviyyələrini cəmləşdirmişdir.

 

- Odlar Yurdu Universitetinin keyfiyyət təminatı siyasəti universitetin Strateji İnkişaf Planının (SİP) hədəflərinə uyğun olmaqla, universitetin funksional qurumları arasındakı qarşılıqlı əlaqələrin intensivliyini artırmaqla, elmin müxtəlif sahələrinə aid tədqiqatların səmərəliliyini artırmaqla təhsilin keyfiyyətinin təmin olunmasına və universitetin fasiləsiz inkişafına yönəlmişdir.

Akademik performansın qiymətləndirmə meyarları

 

 

WOS & SCOPUS’DA NƏŞR

 

- Web of Science’da indeksləşən AHCI, SCI Expanded, SCI ve SSCI indeksli məqalə və digər materiallar

 

- Web of Science’da indekslənən ESCI jurnallarında məqalə və ya digər materiallar

 

- Yalnız Scopus’da indekslənən  məqalə

 

- Web of Science’da indekslənən CPCI indeksli konfrans materialları

 

KONFRANS VƏ SİMPOZİUM

 

- Web of Science veya Scopus məlumat bazalarında indeksləşən konfrans və simpoziumlarda

 

- Sədr/həmsədr...

 

Akademik performansın qiymətləndirmə meyarları ilə tanış olmaq üçün aşağıdaki "daha ətraflı" düyməsini klik edin.

 

Tədrisin keyfiyyətinin qiymətləndirmə meyarları

 

Monitorinq və qiymətləndirmə təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün vacib sayılan amillərdən biridir. 

Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün mövcud qiymətləndirmə sistemin tətbiqinə başlanmışdır.

Sistemin əsas məqsədləri aşağıda göstərilmişdir:

 

- Təhsilalanların təlim nailiyyətlərinin qiymətləndirilməsində obyektivliyin, şəffaflığın və müstəqilliyin təmin olunması;

- Təhsilalanların təlim nailiyyətlərinin qiymətləndirilməsində biliyin keyfiyyətinin qiymətləndirmə meyarlarının olması;

- Təlim prosesində təhsilalanlarda formalaşdırılacaq keyfiyyətlərin (ümuminsani, milli-mənəvi və s.) məzmununun olması;

- Didaktik sistemlərin, pedaqoji texnologiyaların keyfiyyətinin qiymətləndirmə meyarlarının olması;

- Müəllimin tədrisə hazırlığının keyfiyyətinin müəyyənləşdirilməsi üçün meyarlar sisteminin olması;

- Müəllimin tədris nailiyyətlərinin qiymətləndirilməsi üçün meyarların olması;

- Təhsilverən təşkilat rəhbərlərin mövcud nöqsanları aradan qaldırması üçün təlim-tərbiyə prosesinin -keyfiyyətinin yüksəlməsinə yönələn təlim nəticələrinin müntəzəm qiymətləndirilməsi sisteminin olması;

Akademik Performansın Qiymətləndirilməsi İndikatorları

Akademik Performansın Qiymətləndirilməsi 20 meyar və 75 indikatoru əhatə edir:


I. Şəxsi məlumatlar
II. Kitab (Elmi monoqrafiya, dərslik, dərs vəsaiti və s.)
III. Məqalə
IV. Layihə
V. Konfrans / Kongres / Simpozium
VI. Seminar / Panel / Kurs / Yarişma / Sosial xidmət və s. fəaliyət
VII. Tərcümə
VIII. Redaktorluq, editorluq və rəyçilik
IX. Mükafatlar (təltiflər)
X. Dissertasiya
XI. Elmi/ixtisas yönlü qurum və təşkilatlar
XII. Jüri
XIII. Patent/məhsul
XIV. Oyu-nu təmsiletmə
XV. Akademik və inzibati vəzifə
XVI. Təhsil
XVII. Sənətşünasliq fəaliyyəti
XVIII. Konsert
XIX. Sənətşünasliq mükafati
XX. Açiq suallar

Dosent və professor vəzifələrinə yüksəlmək və təyinat üçün minimum şərtlər

Məktəbəqədər Təhsil, Xarici dil müəllimliyi (ingilis dili) və Tərcümə (ingilis dili) ixtisasları üzrə minimum tələblər

 

Riyaziyyat ixtisası üzrə minimum tələblər

 

İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisasları üzrə minimum tələblər

 

Təhsildə sosial – psixoloji xidmət, Psixologiya və Sosial iş ixtisasları üzrə minimum tələblər

 

Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Menecment, Mühasibat ixtisasları üzrə tələblər

 

Beynəlxalq münasibətlər, Turizm işinin təşkili ixtisasları üzrə minimum tələblər

 

Biologiya və Ekologiya ixtisasları üzrə minimum tələblər

 

Filologiya (Azərbaycan dili və ədəbiyyatı, İngilis dili və ədəbiyyatı) ixtisası üzrə minimum tələblər

 

Dizayn (interyer; qrafik; modelyer) ixtisası üzrə minimum tələblər