Информационные технологии и инженерия

Информационные технологии и инженерия

Кафедра информационных технологии и инженерии Университета Одлар Юрду готовит 2 бакалавров, 2 магистров (2 специализаций), 1 программу МВА (7 специализаций), 3 докторантов, специалистов высокого профессионального уровня для рынка труда нашей страны. Подготовка специалистов на кафедре осуществляется по следующим направлениям:

Bakalavriat təhsil pilləsi üzrə

  1. Kompüter mühəndisliyi
  2. İnformasiya texnologiyaları

 

Magistratura təhsil pilləsi üzrə

İxtisas İxtisaslaşma
Kompüter mühəndisliyi Kompüter mühəndisliyi
İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi İdarəetmədə informasiya sistemləri

 

Doktorantura və dissertanturada texnika üzrə fəlsəfə doktoru hazırlığı proqramları çərçivəsində aşağıdakı ixtisaslar üxrə müvafiq qaydada mütəxəssis hazırlığı aparılır:

  1. Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

Kafedranın professor müəllim heyyəti  24 nəfər əməkdaşdan, o cümlədən 2 nəfər texnika üzrə elmlər doktoru, professor, 1 nəfər Odlar Yurdu Universitetinin professoru, 3 nəfər texnika üzrə fəlsəfə doktoru, 1 nəfər dosent, 1 nəfət Odlar Yurdu universitetinin dosenti, 1 nəfər baş müəllim və digər müəllimlərdən ibarətdir.

Kafedrada 2018-ci ildən  “Suni intellekt və qeyri-səlis məntiqin memarlıq-dizayn sahələrinə və ticarət müəssisələrinin intellektual qərar qəbuletmə sistemlərinin yaradılmasına tətbiqi” mövzusunda elmi tədqiqat işi yerinə yetirilməkdədir. Kafedra tərəfindən tədris edilən 100-ə yaxın fənn üzrə kafedra əməkdaşları tərəfindən müasir tələblərə cavab verən tədris-metodik vəsaitlər hazırlanmışdır. Kafedra əməkdaşları mütəmadi olaraq ölkə və beynəlxalq miqyaslı konfranslarda, simpodyumlarda, dəyirmi masalarda, media resurslarında keçirilən tədbirlərdə mütəmadi şəkildə aktiv iştirak edirlər. “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasının bazasında 2022-ci ildən “İnformasiya texnologiyaları” İnstitutu fəaliyyət göstərir.

“İnformasiya texnologiyaları və mühəndislik” kafedrası bakalavr pilləsində 3 ixtisas: Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi,  magistratura  səviyyəsində isə 2 ixtisas: Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və MBA proqramı üzrə fəaliyyət göstərir. “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasında fəaliyyət göstərən professor-müəllim heyəti ümumilikdə  24  nəfərdən ibarətdir. Kafedrada  2 nəfər elmlər doktoru, 3 nəfər fəlsəfə doktoru, 18 nəfər yüksək ixtisaslı müəllim və  6 nəfər saat hesabı müəllim fəaliyyət göstərir.

 

İnformasiya texnologiyaları və mühəndislik kafedrasının professor-müəllim heyəti

dos. İmamquluyev Rahib Aydın oğlu - Kafedra müdiri
t.ü.e.d.,prof. Abdullayev Tərlan Səməd oğlu – Müəllim
t.ü.e.d.,prof. Məmmədov Fəxrəddin Sadiq oğlu – Müəllim
t.ü.f.d.,prof. Ələkbərov Ramiz Balaşirin oğlu – Müəllim
t.ü.f.d.,dos. Hüseyn Azər Sədrəddin oğlu – Müəllim
f.r.ü.f.d., Allahyarov Elçin Adilkom oğlu – Müəllim
b/m Hümbətov Şamil Nizaməddin oğlu - Müəllim
Nəcəfov Fərid Tamleyxa oğlu - Müəllim
Həsənov Amin Ədalət oğlu - Müəllim
Kazımov Ramin Əliyar oğlu- Müəllim
Hüseynli Cavad Rəşad oğlu - Müəllim
Məmmədov Rəhman Elman oğlu - Müəllim
Əhmədov Əbilhəsən Yarbala oğlu - Müəllim
Göyüşlü Rəvanə Mahir qızı- Müəllim
Sadıxov Əhməd İsmayıl oğlu- Müəllim
Kərimov Pərviz İsrail oğlu - Müəllim
Əlizadə Leyla Eldar qızı - Müəllim
Babazadə Alim Rəhman oğlu - Müəllim
Vəlizadə Fərid Gəray oğlu - Müəllim
Əhmədzadə İlham Əlibala - Müəllim
Hacıyev İlham İlqar oğlu - Müəllim
Niyazi Sənan Eyvaz oğlu - Müəllim
Nəcəfova Kəmalə Rüfət qıızı - Müəllim
Zeynalova Vəfa Asəf qızı- Müəllim