Bilgi teknologileri ve mühendisliği

Bilgi teknologileri ve mühendisliği

Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrası ölkəmizin əmək bazarı üçün bakalavriat pilləsi üzrə 2, magistratura pilləsində 2 (2 ixtisaslaşma), doktorantura pilləsi üzrə 1 ixtisas üzrə yüksək, peşəkar səviyyəli mütəxəssislər hazırlamaqdadır. Kafedra üzrə mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:

Bakalavriat təhsil pilləsi üzrə

  1. Kompüter mühəndisliyi
  2. İnformasiya texnologiyaları

 

Magistratura təhsil pilləsi üzrə

İxtisas İxtisaslaşma
Kompüter mühəndisliyi Kompüter mühəndisliyi
İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi İdarəetmədə informasiya sistemləri

 

Doktorantura və dissertanturada texnika üzrə fəlsəfə doktoru hazırlığı proqramları çərçivəsində aşağıdakı ixtisaslar üxrə müvafiq qaydada mütəxəssis hazırlığı aparılır:

  1. Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

Kafedranın professor müəllim heyyəti  24 nəfər əməkdaşdan, o cümlədən 2 nəfər texnika üzrə elmlər doktoru, professor, 1 nəfər Odlar Yurdu Universitetinin professoru, 3 nəfər texnika üzrə fəlsəfə doktoru, 1 nəfər dosent, 1 nəfət Odlar Yurdu universitetinin dosenti, 1 nəfər baş müəllim və digər müəllimlərdən ibarətdir.

Kafedrada 2018-ci ildən  “Suni intellekt və qeyri-səlis məntiqin memarlıq-dizayn sahələrinə və ticarət müəssisələrinin intellektual qərar qəbuletmə sistemlərinin yaradılmasına tətbiqi” mövzusunda elmi tədqiqat işi yerinə yetirilməkdədir. Kafedra tərəfindən tədris edilən 100-ə yaxın fənn üzrə kafedra əməkdaşları tərəfindən müasir tələblərə cavab verən tədris-metodik vəsaitlər hazırlanmışdır. Kafedra əməkdaşları mütəmadi olaraq ölkə və beynəlxalq miqyaslı konfranslarda, simpodyumlarda, dəyirmi masalarda, media resurslarında keçirilən tədbirlərdə mütəmadi şəkildə aktiv iştirak edirlər. “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasının bazasında 2022-ci ildən “İnformasiya texnologiyaları” İnstitutu fəaliyyət göstərir.

“İnformasiya texnologiyaları və mühəndislik” kafedrası bakalavr pilləsində 3 ixtisas: Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi,  magistratura  səviyyəsində isə 2 ixtisas: Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və MBA proqramı üzrə fəaliyyət göstərir. “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasında fəaliyyət göstərən professor-müəllim heyəti ümumilikdə  24  nəfərdən ibarətdir. Kafedrada  2 nəfər elmlər doktoru, 3 nəfər fəlsəfə doktoru, 18 nəfər yüksək ixtisaslı müəllim və  6 nəfər saat hesabı müəllim fəaliyyət göstərir.

 

İnformasiya texnologiyaları və mühəndislik kafedrasının professor-müəllim heyəti