OYU-nun rektoru, professor Əhməd Vəliyevin Novruz bayramı münasibətilə təbriki

20 , 2023

OYU-nun rektoru, professor Əhməd Vəliyevin Novruz bayramı münasibətilə təbriki

Əziz həmvətənlər!

Sizi xalqımızın ən sevimli, ən əziz bayramı olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə cansağlığı, bahar əhval-ruhiyyəsi, bol sevinc və xoşbəxt anlar arzulayıram!
Qoy bu bayram hər birinizin ocağına sağlıq, ruzi-bərəkət və əmin-amanlıq gətirsin!
Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Bu bayram təbiətin və kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Belə ki, gündüz ilə gecənin bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu bizim, məhz Azərbaycan xalqının milli bayramıdır.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsini bu bayram günlərində bir daha dərin ehtiramla yad edirik.

Bir daha hər birinizi bahar nəfəsli gözəl Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm!