Biyoloji ve ekoloji

Biyoloji ve ekoloji

Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrası ölkəmizin əmək bazarı üçün bakalavriat pilləsi üzrə 2, magistratura və doktorantura pilləsində mikrobiologiya ixtisası üzrə yüksək, peşəkar səviyyəli mütəxəssislər hazırlamaqdadır. Kafedra üzrə mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:

Bakalavriat təhsil pilləsi üzrə

  1. Biologiya
  2. Ekologiya

Magistratura təhsil pilləsi üzrə

İxtisas İxtisaslaşma
Biologiya Mikrobiologiya

 

Doktorantura və dissertanturada biologiya üzrə fəlsəfə doktoru hazırlığı proqramları çərçivəsində Mikrobiologiya ixtisası üzrə, müvafiq qaydada mütəxəssis hazırlığı aparılır.

Kafedrada professor-müəllim heyəti 16 nəfərdən ibarətdir. Kafedrada 2 nəfər dosent, 5 nəfər fəlsəfə doktoru, 5 nəfər müəllim və 4 nəfər saat hesabı müəllim fəaliyyət göstərir.
Kafedranın yüksək ixtisaslı və peşəkar professor-müəllim heyəti biologiya və ekologiya fənlərinin tədris proqramına uyğun olaraq, elmin və təhsilin müasir tələb və çağırışlarına cavab verən gənc bioloq və ekoloq alimlər yetişdirməklə məşğuldur.
Biologiya və Ekologiya kafedrasının fəaliyyət göstərdiyi illər ərzində aparılan elmi-tədqiqat işlərinin nəticələri bir çox xarici ölkələrin elmi jurnallarında, ölkəmizdə Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tövsiyə edilən elmi nəşrlərdə, elmi-praktik məcmuələrdə, elmi qurultay və konfrans materiallarında öz əksini tapmışdır.
Kafedrada proqram çərçivəsində mikrobiologiya, sitologiya, molekulyar biologiya, genetika, ekologiya, biosfer və onun mühafizəsi, fərdi inkişaf təkamüllü, ontogenezin molekulyar əsasları kimi sahələr öyrənilir. Tələbələr bioloji elmlərin nailiyyətlərinə yiyələnməklə, eyni zamanda müasir genetika, irsiyyət və dəyişkənlik hadisələri haqqında təcrübi və praktiki biliklər əldə edirlər. Bu məqsədlə Odlar Yurdu Universiteti tələbələr üçün müxtəlif növ araşdırmalar aparmaq və laborator tədqiqatlarda iştirak imkanları yaratmışdır. Kafedranın nəzdində “Mikrobiologiya”, “Kimya” ,“Zoologiya” laboratoriyaları və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Tibb muzeyi fəaliyyət göstərir. Kaferda AMEA-nın Mikrobiologiya İnstitutu, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxs, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi, AMEA Dendrologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azelab” MMC ilə sıx əməkdaşlıq edir. Kafedrada biologiya və ekologiya istiqamətində “Azərbaycan Respublikasının Qərb zonası torpaqlarında münbitlik və bioaktivliyin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işləri aparılır. Hal-hazırda, kafedrada 16 nəfər doktorant elmi fəaliyyətlə məşğuldur.

Biologiya və Ekologiya kafedrasının professor-müəllim heyəti

b.ü.f.d., prof.Məmmədov Ramazan Mustafa - kafedra müdiri
a.ü.f.d.,dosent Kərimova Tamilla Hafiz - kafedra müdiri müavini
a.ü.f.d.,dosent Məhərrəmova Sevinc Telman - Təbiət və texnologiya faküıtəsinin dekanı
t.ü.f.d.,dosent Axundov İmran Adil
k.ü.f.d.,dosent Məmmədova Günel Fizuli
Abbasova Sevinc Nazim
Səfərova Minəvvər Əjdər
İsgəndərova Gunay Zahid
Həsənli Elina Asif
Məcidova Ləman Zahid
Bünyatzadə Zəminə Sürət
Yaqubova Yasəmən Xəlil
Zulfiqarova Vüsalə Şahin
Qılıcova Təranə Naməddin
Bəşirova Yeqanə Dağbəyi
f.ü.f.d. İsgəndərov Sübahət Məmmədəli

Bölümün uzmanlık alanları