Filologiya və humanitar fənlər kafedrası 2004-cü ildən fəaliyyət göstərir. Kafedranın müdiri akademik, əməkdar elm xadimi, filologiya elmləri doktoru Nizami Qulu oğlu Cəfərovdur. Kafedrada bakalavr pilləsi üzrə filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisası, magistratura səviyyəsi üzrə Azərbaycan ədəbiyyatı və Azərbaycan dili ixtisasları üzrə kadr hazırlığı aparılır. Kafedramızın əməkdaşları Azərbaycan filologiyasının bu və digər sahələri üzrə tanınmış mütəxəssislərdir. Akademik Nizami Cəfərov, professor Rüstəm Kamal və digər müəllimlərimiz həm Respublika, həm də beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmiş və universitetimizi şərəflə təmsil etmişlər. Kafedramızıın təşəbbüsü ilə Universitetimizdə də bir çox elmi konfrans və simpoziumlar keçirilmişdir. Elmi tədbirlərdə tələbələrimiz də həvəslə çıxış edirlər. Kafedrada tələbə elmi cəmiyyətinin işi daimi olaraq diqqət mərkəzində olur, tələbələrlə vaxtaşırı seminarlar keçirilir. Şair və yazıçılarımızın yubileyləri keçirilir, ədəbi əsrlərin müzakirəsi təşkil edilir. Magistratura pilləsi üzrə dərslər xüsusi proqramlar əsasında keçirilir. Kafedramızın nəzdində Dil, Folklor və Dialektologiya İnstitutu fəaliyyət göstərir. Tələbələrimiz elmi-mədəni müəssələrdə təcrübə keçirlər ki, bu da kadr hazırlığının mühüm mərhələsini təşkil edir.
Filologiya və humanitar fənlər kafedrasının 18 nəfər əməkdaşı var.
Kafedra müdiri filologiya üzrə elmlər doktoru,professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Nizami Qulu oğlu Cəfərov, müdir müavini baş müəllim Osman Ənvər oğlu Musayevdir.
Kafedrada 1 nəfər akademik, 1 nəfər professor, 7 nəfər fəlsəfə doktoru, 1 nəfər baş müəllim, 8 nəfər müəllim fəaliyyət göstərir.