Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllülərinin arasında Odlar Yurdu Universitetinin tələbələri də var.
Odlar Yurdu Universitetinin könüllüləri arasında ekologiya ixtisasının tələbələri Xəyal İbrahimxəlilzadə, Polad Rufullazadə və turizm işinin təşkili ixtisasınının tələbəsi Vüsal Əliyev Kahramanmaraşda, Hatayda, Adıyamanda olduqları günlər ərzində axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişlər, evsiz sakinlər üçün çadırların qurulması, humanitar yardımların boşaldılması və paylanmasında, həmçinin yerli əhaliyə zəruri yardım göstərmişdilər.
Tələbələrimizin Türkiyədəki fəaliyyəti bir ay davam etmiş, on minlərlə zərərçəkmiş şəxsə tələbələr kömək əlini uzatmış, qardaşlıq borcunu yerinə yetirmişdilər. Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan gənclərimiz dövlətimizin başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını özlərinin devizinə çevirərək, qardaş ölkədə zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət etmişlər.