Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müəllimi Aytəkin Kosayevanın "Təhsildə sosial-psixoloji xidmət” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Elmi-metodiki seminarda kafedranın müdiri, psixologiya elmləri doktoru professor Rəşid Cabbarov və kafedranın professor-müəllim heyəti iştirak etmişdilər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.