Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının baş müəllimi Həcər Əhmədovanın “XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi dövlətinin maddi və mənəvi mədəniyyəti (Pyetro Della Vallenin “Səyahətnamə” si əsasında)” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Seminarda kafedranın müdir müavini, dos. Osman Musayev, Elmi-metodiki seminarın rəhbəri, fil.ü.f.d, prof. Rüstəm Kamal və kafedranın professor-müəllim heyəti iştirak etmişdir.
İtalyan dilində olan orijinal mənbədən istinadlar əsasında Səfəvilərin adı çəkilən dönəminə aid məlumat verən məruzəçi dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.