"Türkiye Psikoterapi Enstitüsü" başkanı, Uzman. Dr. Tahir Özakkash, Odlar Yurdu Üniversitesi'nde

02 , 2024

"Türkiye Psikoterapi Enstitüsü" başkanı, Uzman. Dr. Tahir Özakkash, Odlar Yurdu Üniversitesi'nde
"Türkiye Psikoterapi Enstitüsü"- nün rəhbəri Uzm. Dr. Tahir Özakkaş Odlar Yurdu Universitetinin qonağı olmuşdur.
Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev fəxri qonağı salamlamış və onu görməkdən məmnunluğunu bildirmişdir.
Öz növbəsində qonaq səmimi qəbula görə OYU-nun rektoru, prof. Əhməd Vəliyevə təşəkkür etmişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti müzakirə edilmişdir. Eyni zamanda, iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilmişdir.
Daha sonra Odlar Yurdu Universitetində "Türkiye Psikoterapi Enstitüsü"- nün rəhbəri Uzm. Dr. Tahir Özakkaşın "Bütüncül psikoterapi", "Duygu odaklı terapi" mövzularında və OYU-nun Psixoloji Diaqnostika İnstitutunun direktoru, prof. Rəşid Cabbarovun "Gerçəklik terapiyası" mövzusunda üstad dərsləri təşkil olunmuşdur.
Tədbirdə Odlar Yurdu Universiteti Psixoloji Diaqnostika İnstitutu və "Türkiye Psikoterapi Enstitüsü" arasında birgə fəaliyyətin təşkili ilə bağlı razılıq əldə edilmişdir.
Qeyd olunan tədbirdə "Türkiye Psikoterapi Enstitüsü"- nün rəhbəri Uzm. Dr. Tahir Özakkaş, Azərbaycan Psixiatriya Assosasiyasının prezidenti, prof. Nadir İsmayılov, OYU-nun Psixoloji Diaqnostika İnstitutunun direktoru, prof. Rəşid Cabbarov, İnstitutun elm və tədqiqat işləri üzrə direktor müavini, dos. Müşviq Mustafayev və İnstitutun Təlim və layihələrin təşkili üzrə direktor müavini David Poladov, dəvət olunan qonaqlar, Odlar Yurdu Universiteti və digər universitetlərinin tələbələri iştirak etmişlər.
Tədbirdə Odlar Yurdu Universiteti və "Türkiye Psikoterapi Enstitüsü" arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.