Odlar Yurdu Üniversitesi Biyoloji ve Ekoloji Bölümü'nde açık ders gerçekleştirildi

04 , 2024

Odlar Yurdu Üniversitesi Biyoloji ve Ekoloji Bölümü'nde açık ders gerçekleştirildi
Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının təşkilatçılığı ilə Biologiya ixtisasının magistratura pilləsində təhsil alan Gülşən Qəribovanın pedaqoji təcrübə üzrə acıq dərsi keçirilmişdir.
Onurğalı heyvanlar fənninin balıqların ekologiyası və miqrasiyası mövzusuna həsr olunmuş açıq dərsdə Biologiya və ekologiya kafedrasının müdir müavini, a.e.ü.f.d., dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin tələbələri iştirak etmişlər. Sonda tələbələrlə açıq dərs mövzusu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.