OYU öğrencileri Sebze Bilimsel Araştırma Enstitüsü'nde

08 , 2024

OYU öğrencileri Sebze Bilimsel Araştırma Enstitüsü'nde
Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının müdir müavini, a.e.ü.f.d., dos. Tamilla Kərimova, müəllimi Münəvvər Səfərova və Təbiət və texnologiya fakültəsinin 2-ci kurs tələbələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşlar.
Tələbələrimiz institutun istixanalarına baş çəkmişlər. Qeyd olunan istixanalarda xəstəliklərdən mühafizə olunmuş şəraitdə seleksiya və toxumçuluq işləri aparılır, yeni sortlar yaradılaraq dövlət sort sınağına təqdim olunur.
Tələbələr Toxum Satış Mərkəzində fermerlərə təklif edilən sağlam nümunələrlə də tanış olmuşlar.
İnstitutun mütəxəssisləri müasir cihaz və avadanlıqlar, onların iş prinsipləri haqqında məlumat vermiş, tələbələri maraqlandıran sualları cavablandırmışlar.