OYÜ öğrencilerinin bilimsel araştırma çalışmaları yapabilmeleri için özel bir alan ayrılmıştır.

01 Mayıs, 2024

OYÜ öğrencilerinin bilimsel araştırma çalışmaları yapabilmeleri için özel bir alan ayrılmıştır.
Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin tələbələri üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Saray qəsəbəsindəki təcrübə sahəsində elmi-tədqiqat işlərinin aparılması üçün xüsusi sahə ayrılmışdır.
Qeyd olunan sahə müxtəlif növ ağac, kol, gül-çiçək və ot bitkilərinin yetişdirilməsi, introduksiyası, iqlimləşdirilməsi, morfologiyası və digər təcrübələrin aparılması üçün nəzərdə tutulmuşdur.
Sahədə tələbələrimiz tərəfindən qısa müddət ərzində şam ağacı, qızıl gül kolu, lavanda və digər bitkilər yetişdirilmişdir.
Hal-hazırda Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin tələbələrinin bu sahədə elmi-tədqiqat işləri davam edir.