İktisat ve Yönetim Fakültesi Bilim Kurulu üyeleri ile Genç Ekonomistler Derneği üyelerinin toplantısı OYÜda gerçekleştirildi.

02 , 2024

İktisat ve Yönetim Fakültesi Bilim Kurulu üyeleri ile Genç Ekonomistler Derneği üyelerinin toplantısı OYÜda gerçekleştirildi.
Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi Elmi Şurasının üzvləri ilə Gənc iqtisadçılar dərnəyi üzvlərinin görüşü keçirilmişdir.
OYU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı i.e.d., prof. Əli Əlirzayev müasir dövrdə dünyada və ölkəmizdə baş verən proseslərin ölkə iqtisadiyyatına təsiri məsələlərinin müzakirəsi istiqamətində təşkil edilən görüş və əldə edilən nəticələrin qənaətbəxş olduğunu bildirmiş və onları düzgün istiqamətləndirən İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyətinə belə işlərin davam etdirilməsində uğurlar arzulamışdır.
OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri i.e.d., prof. Elşad Məmmədov qeyd etmişdir ki, müasir mütəxəssisin hazırlanmasını elmlə təhsilin vəhdəti ilə həyata keçirmək mümkündür. Bu problemin həllində aparıcı rol, tələbələrin yaradıcı təfəkkürünü və öyrənmə motivasiyasını inkişaf etdirən elmi və tədris-tədqiqat işlərinə məxsusdur. Bu məsələ tələbələrin elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirməsini zəruri edir. Tədqiqat fəaliyyətində biliklər daha da dərinləşərək, təkcə tədris prosesinin qanunauyğunluqlarına deyil, həm də elmin əsaslarına təsir göstərir. Elmi tədqiqatlarla məşğul olan tələbələr müstəqil iş təcrübəsi qazanır, çətin vəziyyətlərdə bacarıqla və operativ hərəkət edərək istənilən problemin düzgün həllini tapırlar. Universitet rəhbərliyi hər zaman elmə, təhsilə maraq göstərən tələbələrimizə xüsusi diqqətlə yanaşaraq, onlara dəstək göstərir. Bəzi tələbələrimizin məzun olduqdan, sonra universitetimizdə müəllim kimi fəaliyyətə başladıqlarını vurğulamışdır.
Universitetdə tədris keyfiyyətinin mühüm göstəricilərindən biri də tələbələrin yaradıcılıq potensialından tam istifadə etməyə imkan verən tədris prosesinin səmərəliliyinin artırılması olduğunu qeyd edən fakültə dekan müavini dos. Babək Feyzullayev, Gənc iqtisadçılar dərnəyinin bütün üzvlərini 23 May 2024-cü il tarixində Odlar Yurdu Universitetində "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrası və TEC-in təşkilatçılığı ilə "COP 29 ərəfəsində Azərbaycan iqtisadiyyatının potensialı" mövzusunda keçiriləcək elmi-praktiki konfransda məqalə və tezis materialları ilə aktiv iştirak etməyə dəvət etmişdir.
Sonda, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri i.e.d., prof. Elşad Məmmədov bu konfransda magistrların, doktorantların və gənc tədqiqatçıların da iştirak edəcəyini qeyd edərək, tələbələr üçün böyük təcrübə qazanacaqlarını bildirmiş və onları maraqlandıran məsələləri müzakirə edərək, öz tövsiyələrini vermişdir.