Bugün Azerbaycan halkının Milli Lideri Haydar Aliyev'in doğumunun 101. yıl dönümü

10 , 2024

Bugün Azerbaycan halkının Milli Lideri Haydar Aliyev'in doğumunun 101. yıl dönümü
Bu gün dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskar gözündə gördüyü Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.
Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Ulu Öndər bu gün cismən aramızda olmasa da, onun ruhu şaddır. Dahi rəhbərin yürütdüyü məqsədyönlü siyasət, müstəqil dövlətimiz üçün müəyyən etdiyi uzunmüddətli inkişaf strategiyası, əslində, Azərbaycanımızı Böyük Zəfərə aparan yol idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabrında Zəfər yürüşünə başlamışdır. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu erməni quldurlarını darmadağın edərək işğal altındakı torpaqları düşmən əsarətindən azad etmişdir. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşamış, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən Şuşa şəhəri işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin vəsiyyətini və ən böyük arzusunu həyata keçirmiş oldu və xalqımıza Qələbə sevincini yaşatmışdır.
Odlar Yurdu Universiteti adından bu əlamətdar gündə böyük şəxsiyyəti, Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin xatirəsini hörmət, ehtiram və minnətdarlıqla yad edir və deyirik ki, nə yaxşı ki, Azərbaycanımız var, nə yaxşı ki, Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev var”.