Odlar Yurdu Universitetinin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Elxan Kasimov AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda hüquq sahəsində nəşr olunan elmi jurnalların vahid elektron axtarış bazasının yaradılması, insan hüquq və azadlıqları sahəsində elmi-tədqiqat potensialının artırılması və hüquq nəşrlərinin bir bazada toplanılması məqsədilə təşkil olunan dəyirmi masada iştirak etmişdir.
Müzakirələr zamanı elektron axtarış bazasının yaradılması istiqamətində təkliflər dinlənilmiş, məqalələrin keyfiyyətinin artırılması üçün hüquqşünas müəlliflər üçün təlimlərin keçirilməsi qərara alınmışdır.
Dəyirmi masa çərçivəsində “ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ” jurnalının redaksiya heyətinin məsul şəxsi Elxan Kasimov tərəfindən jurnal haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, tədbirdə 20 hüquq jurnalının təsisçiləri və redaksiya heyəti, müxtəlif təhsil ocaqlarını təmsil edən hüquqşünas alimlər və aidiyyəti dövlət qurumlarının əməkdaşları iştirak etmişlər və sorğulara dair qeydlər, təkliflərə dair əlavələr, axtarış bazasına dair və məqalələrin keyfiyyətinin qaldırılmasına dair təkliflər səsləndirilmişdir.