OYU profesörüne Rusya Dışişleri Bakanlığı'nın fahri rozeti verildi

13 , 2024

OYU profesörüne Rusya Dışişleri Bakanlığı'nın fahri rozeti verildi
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri i.e.d., prof. Elşad Məmmədov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafındakı roluna görə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən "Qarşılıqlı münasibətlərə görə" döş nişanı ilə təltif edilmişdir.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri cənab Mixail Evdokimov cənab Lavrovun xahişi ilə həmin döş nişanını professor Elşad Məmmədova təqdim etmișdir.
Bu münasibətlə Elşad müəllimi universitet adından təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.