Odlar Yurdu Universitetində “SHAMANS” kreativ və marketinq agentliyinin sahibi və kreativ direktoru Orxan (Cuvarlı) Yusifov tərəfindən tələbələrimiz üçün “Uğurlu kreativ karyera” mövzusunda təlim keçirilmişdir.
Tələbələrimizin iştirak etdiyi təlimdə Orxan (Cuvarlı) Yusifov “SHAMANS” kreativ və marketinq agentliyi və onun fəaliyyəti haqqında, kreativ karyera, rəqəmsal marketinq, effektiv reklam vermək, media planının hazırlanması, son dövrlərin marketinq texnologiyaları və rəqəmsal məhsulun yaradılması barədə ətraflı məlumat vermişdir. Təlim zamanı rəqəmsal marketinqdə hansı məhsullara daha çox tələbatın olduğu qeyd edilmiş, tələbələrimizə sosial şəbəkələr üzərindən satışın təşkili ilə bilik və bacarıqlar öyrədilmişdir.
Tədbirin yekununda qonaq təlimçi Orxan (Cuvarlı) Yusifov tərəfindən tələbələrin suallarını cavablandırılmışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.