Fakülte Bilim Kurulu'nun bir sonraki oturumu OYÜ'da yapıldı

14 , 2024

Fakülte Bilim Kurulu'nun bir sonraki oturumu OYÜ'da yapıldı
Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin dekanı, dos. Sevinc Məhərrəmovanın sədrliyi ilə fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda gündəlikdə olan məsələlərə əsasən, 2023-2024-cü tədris ilinin yay imtahan sessiyasına hazırlıqla bağlı Biologiya və ekologiya kafedrasının müdiri prof. Ramazan Məmmədov və Dizayn kafedrasının müdiri professor Soltan Atayev çıxış etmişlər.
Daha sonra kafedralar üzrə tədris-metodiki işlərinin müzakirəsi baş tutmuşdur. Müzakirədə Riyaziyyat, informatika və statistika kafedrasının əməkdaşları prof. Eldar Hüseynov, dos. Ramazan Eyyubov və kafedranın müəllimi Həqiqət Əşirova tərəfindən hazırlanmış “Diferensial tənliklər” adlı dərs vəsaiti, Biologiya və ekologiya kafedrasının əməkdaşları dos. Sevinc Məhərrəmova və baş müəllim Sevinc Abbasova tərəfindən hazırlanmış “Heyvan ekologiyası” və kafedranın müəllimi dos. İmran Axundovun “Tipik patoloji proseslər” adlı dərsliklərin müəllifləri dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.
Məsələ ilə bağlı İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri dos. Xəlil İsmayılov və Tələbə Elmi Cəmiyyətinin sədri Türkan Azəri tələbələrin elmi tədqiqat işləri və layihələri haqqında məlumat vermişlər.
Sonda cari məsələlər müzakirə olunmuşdur.