OYU'da çevrimiçi "PUBG Mobile" oyunu yarışması düzenlendi

20 , 2024

OYU'da çevrimiçi "PUBG Mobile" oyunu yarışması düzenlendi
Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrası, Startap və İnkubasiya mərkəzi, Tələbə Elmi Cəmiyyəti, Təbiət və texnologiya fakültəsinin 2-ci kurs tələbəsi Sənan İsmayılovun birgə təşkilatçılığı ilə onlayn şəkildə “Oyun turnirləri” keçirilmişdir.
“PUBG Mobile” üzrə universitet birinciliyində 32 iştirakçısı olmaqla 8 komanda mübarizə aparmışdır. Komandalar 2 qrupa bölünmüş və öz qruplarında müxtəlif xəritələrdə güclərini sınamışlar. Nəticələrə əsasən “M2xEsports” komandası universitet birinciliyini qazanmışdır. İkinci yerdə “Amazon Team”, üçüncü yerdə isə “Red Bats” komandaları qərarlaşmışdır. Komandalar qazandıqları yerlərə müvafiq olaraq kubok, medallar və sertifikatlarla təltif olunmuşlar.
Qeyd edək ki, bu tədbirin təşkilində əsas məqsəd tələbələrin startap ideyalarının dəstəklənməsinə nümunə olmaq, həmçinin dünyada kifayət qədər gəlirli hesab olunan rəqəmsal oyunların yaradılması üçün lazım olan tərtibatçıları, qrafik dizaynerləri bu işə həvəsləndirməklə universitetin ekosisteminə tövhə verməkdir.