Odlar Yurdu Üniversitesi'nde "Yeşil Dünya ve Ruh Sağlığı" konulu konferans düzenlendi

30 , 2024

Odlar Yurdu Üniversitesi'nde "Yeşil Dünya ve Ruh Sağlığı" konulu konferans düzenlendi
Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının fəaliyyət planı çərçivəsində Psixologiya, pedaqogika və sosial fənlər kafedrası, Psixoloji Diaqnostika İnstitutu və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Beynəlxalq psixoloqlar günü"nə həsr olunmuş "Yaşıl dünya və psixi sağlamlıq" adlı konfrans keçirilmişdir.
Konfransda yaşıl dünya və psixi sağlamlıq arasındakı əlaqə son illərdə elmi tədqiqatların diqqət mərkəzində olduğu, təbiətə yaxınlıq və təbii mühitlərdə vaxt keçirmək, kortizol səviyyəsini azaldaraq stresin idarə olunmasına müsbət təsir etdiyi və psixologiyada ekoterapiya termini təbiətə məruz qalmanın emosional və psixi sağlamlığa olan faydalarını təsvir etmək üçün istifadə olunduğu qeyd olunmuşdur. Konfrans iştirakçıları ekopsixologiya sahəsi insanın təbii dünya ilə əlaqəsinin onun psixikasına necə təsir etdiyini araşdırır və bu əlaqənin əhəmiyyətini vurğulamışlar.
Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, prof. Rəşid Cabbarov, Psixoloji Diaqnostika İnstitutunun elm və tədqiqatlar üzrə direktor müavini dos. Müşviq Mustafayev, Təlim və layihələrin təşkili üzrə direktor müavini David Poladov, TEC-in sədri Türkan Azəri, ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri prof. Ramiz Əliyev, "Məktəbəqədər Təhsilin Pedaqogikası" kafedrasının müdiri prof. Müseyib İlyasov, "Xüsusi Təhsil" kafedrasının müdiri dos. Simnarə Heydərova, ADU-nun Psixologiya kafedrasının müdiri dos. Ceyhun Alıyev və həmin kafedranın dos. Akif Quliyev iştirak etmişlər.
Geniş tərkibdə və maraqlı məruzələrlə davam edən konfrans tədbir iştirakçılarının çoxşaxəli suallarının cavablandırılması ilə yekunlaşmışdır.
Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.