Odlar Yurdu Universitetində OYU Tələbə Gənclər Təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam ailə, sağlam gələcək” adlı psixoloji təlim həyata keçirilmişdir. Təlimdə İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Hümbətov Azad Arif oğlunun atası, Nərimanov rayon Ağsaqqallar şurasının sədri Arif Humbətov, Nərimanov rayon Polis İdarəsinin əməkdaşı, polis polkovniki Eyvaz Nurməmmədov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Azərbaycan Milli Konservatoriyasının müəllimi, psixoloq Günay Kərimi və Nərimanov rayon gənclər və idman sektorunun müdiri Bahəddin Hüseynov iştirak etmişlər.
Geniş tərkibdə və maraqlı məruzələrlə davam edən təlim iştirakçılarının çoxşaxəli suallarının cavablandırılması ilə yekunlaşmışdır.
Təlimin sonunda xatirə şəkli çəkdirilmişdir.