OYU'da 15 Haziran Ulusal Kurtuluş Günü dolayısıyla etkinlik düzenlendi

12 , 2024

OYU'da 15 Haziran Ulusal Kurtuluş Günü dolayısıyla etkinlik düzenlendi
Odlar Yurdu Universiteti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə universitetimizdə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, prof. Samir Vəliyev, universitetimizin professor-müəllim heyəti, tələbələri, qonaq qismində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olan Hikmət Babaoğlu, Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri Məhəmməd Abdullayev, rayon ictimaiyyəti, ərazi partiya təşkilatlarının sədrləri və gənclər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndərin büstü ziyarət olunmuş, gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Universitetin foyesində tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışını zəruri edən tarixi faktları özündə əks etdirən qısametrajlı film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, prof. Samir Vəliyev Azərbaycan xalqının və dövlətinin taleyində mühüm əhəmiyyətə malik olan Qurtuluş Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan geniş bəhs etmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxışlarında qeyd etmişlər ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmiş, respublika parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran natiqlər Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirmişlər. Qeyd edilmişdir ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin idarəçiliyi altında 44 günlük Vətən müharibəsində və son antiterror əməliyyatları zamanı qazanılan Zəfərin bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştiraka görə bir qrup şəxslərə Fəxri Fərmanlar, partiyaya yeni üzv olmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etmişdir.