OYÜ'de "İKLİM DEĞİŞİKLİĞİ KONFERANSI 29 arifesinde Azerbaycan ekonomisinin ve turizm endüstrisinin potansiyeli" konulu bilimsel-pratik konferans gerçekleştirildi

15 Haziran, 2024

OYÜ'de "İKLİM DEĞİŞİKLİĞİ KONFERANSI 29 arifesinde Azerbaycan ekonomisinin ve turizm endüstrisinin potansiyeli" konulu bilimsel-pratik konferans gerçekleştirildi
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər, Beynəlxalq münasibətlər və turizm kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, prof. Elşad Məmmədovun moderatorluğu ilə “COP 29 ərəfəsində Azərbaycan iqtisadiyyatının və turizm industriyasının potensialı” mövzusunda 2024-cü il üzrə tələbə və magistrantların respublika elmi-praktiki konfransı keçirilmişdir.
Müasir şəraitdə COP 29-a hazırlıq ərəfəsində elmi-tədqiqat işlərinin mövzu və istiqamətlərində yeni tələblərə uyğun təkmilləşmə vacibdir. Bu baxımdan konfranslarda aktual mövzuların işlənməsinə və alınan nəticələrin COP 29 vəzifələrinə uyğun istiqamətlənməsi, hədəflər olaraq Odlar Yurdu Universitetinin elmi-tədqiqat və konfrans səviyyələrində müzakirə olunmuşdur. Tələbə və magistrantların baxışları, düşüncələri nəzərə alınmaqla onların elmi-tədqiqat işlərinin yeni aspektləri professor-müəllim heyəti və idarəetmə strukturları baxımından vəzifə kimi qəbul olunmuşdur.
Konfransın gedişi onu göstərmişdir ki, universitetdə yeni tələblərə uyğun olaraq dəyişmələr və qərarlar daha da gücləndiriməlidir.
Konfransda Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.
Konfrans 4 istiqamətdə təşkil olunmuşdur. Hər bir istiqamətdə uyğun mövzular və problemlər mütəxəssislərin iştirakı ilə müzakirə olunmuş və məruzələrə müvafiq qiymət verilmişdir.
Qeyd edək ki, konfransa 150 tezis və məqalə təqdim edilmişdir.
Konfrans iştirak edən məruzəçilərə sertifikatlar təqdim olunmuşdur.