OYÜ ve OYK 2024 mezunlarının mezuniyet töreni

27 Haziran, 2024

OYÜ ve OYK 2024 mezunlarının mezuniyet töreni
Odlar Yurdu Universitetində 2024-cü ilin universitet və kollec məzunlarının buraxılış mərasimi keçirilmişdir.
İlk öncə tədbir məzunlarımızın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Sonra tələbələrimiz universitetin məzunu olmuş Fidan Suleymanovanın müəllifi olduğu "Odlar Yurdu Universitetim" mahnısını ifa etmişlər.
Məzunluq andını oxuyan məzunlarımız Odlar Yurdu Universitetinin şərəfini qoruyacağına və universitetimizdə əldə etdiyi bilik və bacarığları tətbiq edərək xalqımız və vətənimiz üçün faydalı olacağına and içmişdilər.
Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, prof. Samir Vəliyev tədbiri açaraq, məzun adını qazanan bütün tələbələri təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətindən bəhs edən prof. Samir Vəliyev bildirmişdir ki, hazırda cəmiyyətin aparıcı qüvvəsini təşkil edən və gələcəyin təminatçısı olan gənclərimizin hərtərəfli inkişafına yüksək diqqət və qayğı göstərilir. Məzunlarımızın universitetdən sonrakı dönəmdə də müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarının davamlı artırılmasının, cəmiyyətə fayda qazandıracaq fəaliyyətlərində iştirakının əhəmiyyətini vurğulayan Samir müəllim məzunlara uğurlar arzulamışdır.
Rəsmi hissədən sonra tədbir bədii və əyləncəli proqramla davam etmişdir.
OYU-nun məzunlarının təqdimatında müxtəlif mahnılar və rəqslər ifa olunmuşdur.
Tələbələrimiz Xalq şairi Musa Yaqubun şeirinə bəstələnmiş "Müəllim ömrü" mahnısını ifa etmişdilər.
Məzun günü konsert proqramı ilə davam etmiş və atəşfəşanlıqla başa çatmışdır.