Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov və Dillər kafedrasının müəllimi Arzu Zeynallı Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin yekun hesabat konfransında iştirak etmişlər.
Qeyd olunan konfransda “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi, ECAR layihəsinin yazılması zərurəti, mövcud olan ehtiyaclar, layihənin əsas məqsədi və hədəfləri, layihənin icra mərhələləri, o cümlədən layihə çərçivəsində fəaliyyət göstərən pilot komitələr haqqında geniş məlumat verilmişdir.
Konfransda hesabat mərhələsindən sonra layihə konsorsiumunun üzvü olan 21 universitet tərəfindən imzalanmış tərəfdaşlıq sazişinin təqdimat mərasimi keçirilmişdir.
Sözügedən konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil üzrə Dövlət Agentliyinin və ölkəmizin ali təhsil ocaqlarının professor-müəllim heyəti iştirak etmişlər.