2023-2024-cü tədris ili üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən komissiya sədrlərinin, Odlar Yurdu Universitetinin Magistratura və MBA şöbəsinin müdiri dos. Nərminə Vəliyevanın, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri prof. Elşad Məmmədovun və kafedranın professor-müəllim heyətinin təmsil olunduğu komissiya üzvlərinin iştirakı ilə magistratura səviyyəsinin buraxılış qruplarında müvafiq ixtisaslar üzrə magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir.
Magistratura səviyyəsi və MBA proqramının ixtisasları və ixtisaslaşmaları üzrə magistr dissertasiyaları müdafiə edilmişdir.
Magistrantlar dissertasiya işində mövzunun aktuallığı, problemin qoyuluşu və öyrənilmə səviyyəsi, tədqiqatın əsas məqsədi və vəzifələri, tədqiqat işinin elmi yeniliyi, dissertasiya işinin strukturu, əldə etdikləri nəticələr və bu nəticələr əsasında irəli sürülən təkliflər haqqında təqdimatla çıxış etmişlər.
Sual-cavab əsasında olduqca maraqlı keçən müdafiə prosesində, Azərbaycan iqtisadiyyatı üçün faydalı elmi nəticələr əldə edilmişdir.