Odlar Yurdu Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclası OYU-nun rektoru, prof. Əhməd Vəliyev açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
İlk olaraq çıxış üçün söz verilmişdir OYU-nun Aparat rəhbəri, prof. Heydər Qəmbərova. O, çıxış edərək, Odlar Yurdu Universitetində təşkil edilən yaz semestri imtahan sessiyasının yekunu barədə iclas iştirakçılarını məlumatlandırmışdır.
Daha sonra çıxış edən Strateji planlaşdırma və layihələr departamentinin rəhbəri dos. Fuad İbadov pedaqoji və istehsalat təcrübəsinin yekunları barədə iclas iştirakçılarını məlumatlandırmışdır.
İclasda çıxış edən OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov və universitetimizin kafedra müdirləri 2023-2024-cü tədris ili üzrə kafedraların, fakültələrin, magistratura və MBA, doktorantura və digər şöbələrinin hesabatlarının müzakirəsi və təsdiqi barəsində, həmçinin universitet üzrə məzun olmuş tələbələrin magistraturaya qəbul nəticəsinin müzakirəsi məsələsi barəsində iclas iştirakçılarına məlumat vermişdir.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşmışdır.