Dosent Tamilla Kərimova

Kərimova Tamilla Hafiz qızı 11 iyul 1969-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub.
1986-cı ildə Marneuli şəhərində 4 saylı tam orta məktəbini bitirib.
1986-cı ildə Azərbaycan S.Ağamalı oğlu Kənd Təsərrüfat İnstitutunun Aqronomluq fakültəsinə qəbul olmuş və 1991-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.
1992-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun əyani aspirantı olmuşdur. “Tutun di-, tri- və tetraploid formalarının biotəsərrüfat xüsusiyyətlərinin müqayisəli öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və 8 iyul 2005-ci il tarixli (protokol № 21-k) qərarı ilə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
2010-cu il (protokol №32) Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə Anatomiya, fiziologiya və zoologiya kafedrası üzrə dosent elmi adı verilmişdir.
Ali məktəbdə ilk pedaqoji fəaliyyətinə 1999-cu ildə Gəncə Dövlət Universitetində baş laborant vəzifəsində çalışıb.
2003-cü ildən 2011-ci ilə qədər GDU-nun baş müəllim və dosent vəzifəsində calışıb.
2011-ci ildən Odlar Yurdu Universitetində müəllim kimi başlamış, sonra 2016-cı ildə “Kimya və biologiya” kafedrasına müdiri vəzifəsinə təyin edilmişdir. Ali təhsilin bakalavr səviyyəsi tələbələri üçün nəzərdə tutulmuş 1 dərs vəsaiti - “Biologiya fənni üzrə ümumtəhsil kurikulumunun əsasları”, 1 metodiki vəsait “İrsiyyətin sitoloji və sitoqenetik əsasları. Cinsiyyətin genetikası”, 10 proqram, 1 monoqrafiya, 50-dən çox elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda, Odlar Yurdu Universitetinin “Biologiya və Ekologiya” kafedrasında 0,5 ştat dosent və həmin kafedranın müdiri vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.